Müstəqillik Günü (Ermənistan)

Ermənistanın Dövlət Müstəqilliyi günü (erm. Հայաստանի Անկախության օրը) — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir.

Müstəqillik günü
Hərbi paraddan bir görüntü (2016-cı il).
Hərbi paraddan bir görüntü (2016-cı il).
Ölkə
NövDövlət
Qeyd olunmağa başlayıb1991
Tarix21 sentyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir.[1] 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı.[2][3]

Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.[4]

Keçirilən tədbirlər

Müstəqillik günü ilə bağlı dekorasiyalar (İrəvan, 2016).

Hərbi parad

Müstəqillik günü ilə bağlı keçirilən hərbi paraddan (İrəvan, 2016).

Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilmişdir.[5] 1996-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 5-ci ildönümünü qeyd edirdi.[6] 2006-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 15-ci ildönümünü qeyd edirdi. Hərbi parad Müdafiə Naziri Serj SarkisyanMikael Arutyunyanın əsgərlərin bayramlarını təbrik etmələri ilə başlamışdır.[7][8] 2011-ci ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 20-ci ildönümünü qeyd edirdi.[9][10][11] Hərbi parada Seyran Ohanyan və Yuri Xatçaturov nəzarət edirdi.[12] 2016-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edirdi. Bu hərbi parad Ermənistan tarixində keçirilən ən böyük hərbi parad idi.[13][14] Parada Andranik Maqariyan nəzarət edirdi. Hərbi parada ABŞ, Almaniya, İtaliya, PolşaYunanıstandan olan beynəlxalq sülhməramlı briqadanın qüvvələri də iştirak etmişdi.[15]

Xarici iştirakçılar

İlİştirakçıÖlkə/Təşkilat
2011
2016
102-ci Rusiya Hərbi Bazası Rusiya
2016Beynəlxalq sülhməramlı briqada Polşa
ABŞ
Almaniya
İtaliya
Yunanıstan

Diaspor

Ermənistanın müstəqillik günü Rusiya, LivanABŞ-da yaşayan ermənilər tərəfindən də qeyd olunur.[16]

Qalereya

İstinadlar

Xarici keçidlər