Müqəddəs Elmo körpüsü

Müqəddəs Elmo körpüsü — Vallettada yerləşən tək aşırımlı polad piyada körpüsü. Fort St. Elmo sahilindən Böyük Limanın yaxınlığındakı dalğaqırana aparır. 2011–2012-ci illərdə İspaniyanın Arenas & Asociados memarlıq bürosunun layihəsinə əsasən inşa edilmişdir.[1]

Müqəddəs Elmo körpüsü
Xəritə
35°54′10″ şm. e. 14°31′15″ ş. u.
YeriValletta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müqəddəs Elmo körpüsü 1906-cı ildə tikilmiş və 26 iyul 1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı dağıdılmış köhnə körpünün yerində dayanır. Köhnə körpünün dizaynı indiki ilə eyni idi, lakin bir deyil, iki aşırımlı idi. Yenidənqurmadan sonra körpü ictimaiyyətdən birmənalı qarşılanmadı, bəziləri onun dizaynını və köhnə fotoşəkillərdən bərpa olunmasını təriflədi, digərləri isə tikinti xərclərini bəyənmədi və onu "heç yerə körpü" adlandırdı.[2][3]

Təsviri

Polad körpünün çəkisi 190 ton, uzunluğu 70 metr, eni isə 5,5 metrdir. Körpünün hissələri asimmetrik L formalı kəsişə malikdir. Hazırda köhnə körpünün dirəklərinin qalıqları qorunub saxlanılsa da, onlar yeni tikili ilə birləşdirilməyib.[4][5]

Qalereya

İstinadlar