Lourayder

Lourayder (ing. Lowrider) — gövdəsi endirilmiş, xüsusi modifikasiyalı avtomobil.[1] Lowrider təkər çənbərləri arasındaki məsafə 13" təşkil edir. Avtomobil təkərləri hündürlüyə görə tənzimlənən və suspansiyanı təmin edən hidravlik və ya hava yastığı sistemi ilə təchiz edilmişdir. Bunun köməyilə də avtomobilin gövdəsi sahibinin əmri ilə qaldırıla və ya endirilə bilir.[2] Bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla, lourayder hər zaman gövdəsi endirilmiş avtomobil mənasını vermir. Lourayder həmçinin xüsusi bir nəqliyyat vasitəsi sinfini təsvir etmək üçün istifadə olunur.[3]

QAZ-21 lourayder
1962 Pontiac Catalina lourayder

Lourayder tipli avtomobil sürücülərinə də lourayder deyilə bilər.[4]

Xüsusiyyətlər

Gövdə

Ford Galaxie 1960
Chevrolet Impala 1964
Nissan Lourayder 2008

Avtomobilin gövdəsi hava fırçalama avadanlığından istifadə edərək müxtəlif rənglərə boyanır. Tətbiqi rəsmlər üslubunda Chicano və Aztekas alt mədəniyyətlərindən rəsm əsərləri üstünlük təşkil edir.[5] Bu mədəniyyətlər arasında Pimps, Playas, Hustlers kimiləri olduqca məşhurdur. Xarici dekorativ elementlər yalnız xromla örtülmür, çiləmə üsulu ilə incə bir qızıl təbəqə ilə örtülür. Xrom ilə örtülmə yalnız gövdə üçün deyil, mühərrik, suspansiya, səsboğucularda da istifadə olunur və avtomobilin demək olar ki, bütün hissələri parıldayır.[6] Lourayderlərin güclü mühərrikləri, gücləndirilmiş transmissiyaları, aqressiv bir görünüşü yoxdur və yarış üçün nəzərdə tutulmamışdır.[7] Bu tip avtomobillər şəhər küçələrində xüsusi göstərişlər üçün nəzərdə tutulmuşdur. Seyr halında olan lourayder avtomobillər hərəkət zamanı sıçraya, təkərləri qaldıra, 3 təkərli hərəkət edə bilər. Eyni zamanda, təkərlərin hərəkəti zamanı avtomobilin yer səthinə dəyən hissəsinə xüsusi maqnezium yastıqlar yerləşdirilir.[8]

Təkərlər

Təkərlər lourayder avtomobillərinin ayrılmaz hissəsidir.[9] Təkərlərin çeşidi hal-hazırda, "ənənəvi" olaraq qəbul edilən təkərlərlə məhdudlaşmır. Lourayder avtomobillərinin təkərlərinin inkişafı 30-cu illərdən bəri standart olaraq avtomobillərlə təchiz edilmiş şərti möhürlü disklərlə başlamışdır.[10]

İnteryer

Panel və sükan daxil olmaqla bütün salon məxmərlə örtülmüşdür. Sükan tez-tez zəncir bağları şəklində hazırlanır və qızılla örtülür və zəncir sükanı olaraq adlandırlır.[11] Lourayderlərin klub emblemi arxa paneldə metaldan hazırlanır. Bir qayda olaraq, hər bir lourayderə güclü bir multimedia sistemi quraşdırılır.[12]

Hidravlika

Lourayderlərin üzərinə quraşdırılmış hidravlik avadanlıq bir neçə elektrik nasos, silindir, klapan avadanlığı olan boru kəmərlərindən, gövdədəki bamperlərdən və bəzən hidravlik akkumulyatorlardan ibarətdir. Bütün sistem doldurula bilən batareyalarla işləyir və batareya bitdikdən sonra adi elektronik qurğular kimi batareya doldurmaq tələb olunur. Hidravlik sistemin funksionallığı nasosların sayı ilə müəyyən edilir. Sadə bir hidravlik dəsti 3000-4000 dollar arasına başa gəlir.[13]

İstinadlar

Xarici keçidlər