Lotus 1-2-3

Lotus 1–2-3 – Lotus Software şirkəti tərəfindən işlənib hazırlanmış cədvəl prosessoru. 1–2-3 adlandırılmasına səbəb onun 3 elementi: cədvəlləri, qrafikləri və verilənlər bazasının əsas funksional imkanlarını özündə birləşdirməsi idi.

Tarixi

İlk versiyası 26 yanvar 1983-cü ildə təqdim olunub və bir il ərzində satış həcminə görə ən populyar cədvəl proqramı olan VisiCalc proqramını ötüb keçib. Populyarlığının başlıca səbəbi səhvsiz və yüksək sürətlə işləməsi olub.Lotus şirkəti 1995-ci ildə IBM tərəfindən alınıb. Bundan sonra Lotus 1–2-3 proqramı Lotus Smart Suite ofis paketinin bir hissəsi kimi inkişaf edib. Rəqibi olan Microsoft Excel proqramı tərəfindən yavaş-yavaş bazardan sıxışdırılıb çıxarılıb.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

IBM Lotus Software

Lotus 1–2-3