Lokrum

Lokrum (xorv. Lokrum) — Adriatik dənizində Xorvatiyaya məxsus kiçik ada. Ada Dubrovnik şəhərinin yaxınlığıda yerləşir və ərazi baxımdan Dubrovaçko-Neretvan jupaniyasına daxildir. Adanı çox vaxt Elafat adalar qrupuna daxil edirlər.

Lokrum
xorv. Lokrum
Lokrum adasının kanat yollundan görünüşü
Lokrum adasının kanat yollundan görünüşü
Ümumi məlumatlar
Sahəsi0,694 km²
Uzunluğu
  • 1,6 km
Eni0,54 km
Hündür nöqtəsi96 m
Əhalisi0 nəfər
Yerləşməsi
42°37′38″ şm. e. 18°07′10″ ş. u.
Ölkə Xorvatiya
Akvatoriya
Lokrum xəritədə
Lokrum
Lokrum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Lokrum adasının sahəsi 0,694 km²-dir[1]. Sahil xəttinin uzunluğu — 5058 metrdir[1]. Adanın uzunluğu — 1,6 km, eni isə — 540 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək zirvəsi 93 metrdir. Zirvədə fransızlar tərəfində inşa edilmiş Fort Royal istehkamı var[2]. Kiçik ölçülərə baxmayaraq adada kiçik göl var — Mrtvo (Ölü) (xorv. Mrtvo).

Ada təbii qoruq kimidir və ərazidə Aralıq dənzinə xarakterik bitki aləmi saxlanılmışdır. Ərazidə zeytun, aqava, kaktus, maqnoliyapalma geniş yayılıb. Həmçinin adada nəcib dəfnəyə, palıd, şamqara şam ağaclarına rast gəlinir.

Lokrum adı latın mənşəli acrumen (turş meyvə) sözündən meydana gəlmişdir. Əvvəllər adada portağal ağacları geniş yayılmışdır.

Tarixi

Ada haqqında ilk yazılı məlumat 1023-cü ilə təsadüf edir. Ərazidə ilk dəfə benedik abbatlığı və monastır yaradılmışdır.

Əfsanəyə görə Şirürəkli I Riçard 1191-ci ildə fırtınadan qorunmaq üçün adada bir müddət qalmışdır[3]. 1667-ci ildə adadakı monastır Dubrovnik zəlzələsindən böyük zərər almışdır[4].

Turizm

Adada olan qədim benedikt monastırı və xüsusi qurğu ilə yamacdan sahilə gətirilən su xətti turistləri cəlb edir. Adada həmçinin Meksikanın gələcək imperatoru Maksimilian Habsburq istirahət etmişdir. Onun zamanında adada botanika bağı fəaliyyət göstərmiş və bağda bir neçə tovuz quşu ailəsi yaşamışdır[5]. Lokrumun populyar olmasının səbəblərindən biri də adada amerika serialı olan "Taxt-tac oyunları" seryalının bir neçə epizodununun çəkilməsidir.


İstinadlar