Livadiya sarayı

Livadiya sarayı (rus. Ливадийский дворецukr. Лівадійський палац) — Yaltanın 3 km uzaqlığında, Livadiyada Mohabi təpəsində yerləşən saray kompleksi.

Livadiya sarayı
Xəritə
44°28′04″ şm. e. 34°08′37″ ş. u.
Ölkə Ukrayna
ŞəhərLivadiya
YerləşirKrım
Tikilmə tarixi1910-1911
Üslubuİtalyan intibah memarlığı
Vəziyyətimuzey
Rəsmi saytливадийский-дворец.рф
Ukraynada qeydiyyata alınmış tarixi abidələr
İstinad nöm.010037-Н
KateqoriyaSaray
ƏhəmiyyətiDünya əhəmiyyətli
Livadiya sarayı (Ukrayna)
Livadiya sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilmişdir.

Haqqında

Bizans, ingilis, qotika və ərəb memarlığının izlərini daşıyan saray İtaliya intibah tərzində 1910-1911-ci illəri arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşaasında ağ Krım qranitindən istifadə olunmuşdur. Sarayın bəzi yerlərində islam memarlığına aid izlər vardır. Sarayın bağçası İtalyan görkəminə malikdir. Sarayın içində muzey və şəkil qaleriyası fəaliyyət göstərir.

Livadiya sarayı inşa olunduqdan sonra çar II Nikolay bura sadəcə 2 dəfə gələ bilmişdi. 1917-ci ildə inqilabdan sonra saray sanatirum kimi istifadə olunmuş, 1993-cü ildə muzeyə çevrilmişdi. 1917-ci ildə inqilabdan sonra bir çox əsəri isə itmişdir. Lakin itmiş əsərlərin bir hissəsi digər ölkələrdən satın alınaraq muzeyə qaytarılmışdır

Siyasi rolu

4-11 fevral 1945 tarixində Stalin, ÇörçillFranklin Delano Ruzveltin toplandığı Yalta konfransı burada keçirilmişdi. Bu 3 şəxsiyyətin şərəfinə sarayın bağında basdırılan 3 palma ağacını hələ də görmək mümkündür

Muzey

İki mərtəbəli sarayın birinci mərtəbəsində Yalta konfransı ilə bağlı sənədlər, fotolar və əşyalar, ikinci mərtəbəsində isə II Nikolay və ailəsinə aid çarlıq əşyaları sərgiləir. Xüsusilə ikinci mərtəbədəki kolleksiya daha zəngindir. Sarayda çara aid bir çox şərab anbarı da mövcuddur. Bu bölgə şərabları ilə məşhurdur.

Kinematoqrafiya

Saray Lope de Veqanın məşhur fimi "Samanlıqdakı İt" filminə ev sahibliyi etmişdir.

Qalereya