Liana Hayd

Liana Hayd (tam adı: Liana Hayd, alm. Liane Haid‎; 16 avqust 1895[1][2][…], Vyana[3]28 noyabr 2000[1][2][…]) — Avstriya aktrisası, Avstriyanın ilk kino ulduzu.

Liana Hayd
alm. Liane Haid
Doğum tarixi16 avqust 1895(1895-08-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi28 noyabr 2000(2000-11-28)[1][2][…] (105 yaşında)
Vətəndaşlığı
Fəaliyyətiteatr aktrisası, kino aktrisası, müğənni
Fəaliyyət illəri1915-ci ildən
IMDbID0354029
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vyanada dünyaya göz açmış Liana Hayd rəqqasə və müğənni kimi fəaliyyətə başlamışdır. Tezliklə Süßes Wiener Mädelin ("Şirin Vyanalı qız") rəmzinə çevrilir və 1920-1930-cu illərdə məşhur pin-ap modeli kimi fəaliyyət göstərir. Kinoda ilk işi Birinci Dünya müharibəsi zamanı çəkilmiş təbliğat xarakterli Mit Herz und Hand fürs Vaterland (1915) filmi olmuşdur. Hayd UFA kino şirkəti üçün çalışmış və ixtisaslı müğənni kimi Villi Forst, Bruno Kastner, Georq Aleksandr, Teo Lingen və Haynz Rüman və digər alman ulduzları ilə bir yerdə çəkildiyi komediya filmlərində asanlıqla səsini nümayiş etdirə bilmişdir.

Hollivuddan gələn bir çox təklifləri rədd edən Liana Hayd "rejim, hər yerin bombardman edilməsi və bütün yaxşı rejissorların ölkəni tərk etməsi səbəbi ilə" 1942-ci ildə Almaniyanı tərk edərək İsveçrəyə köçür. O, burada Karl Şpixer ilə ailə həyatı quraraq kino karyerasına da son qoyur.

Ən məşhur filmləri sırasına Xanım Hamilton (1921), Lukretsia Borciya (1922), Çardaş şahzadəsi (1927, Emmerix Kalmanın operettası əsasında), eləcə də səsli filmlərinə Mahnı bitdi (1930) və Öpüşmədən yatmaq lazım deyil (1936) daxildir. Sonuncu dəfə 1953-cü ildə filmə çəkilmişdir.

Aktrisanın bacısı Qrit Hayd 1938-ci ildə 38 yaşında ikən Almaniyanın Qara meşə adlanan ərazisində dünyasını dəyişmişdir.

Filmoqrafiya

  • Mit Herz und Hand fürs Vaterland (1915)
  • Yay İdili (1916)
  • İmperator və İmperiya üçün Allahla birlikdə (1916)
  • Avaralar (1916)
  • Rottershaym qəsrinin faciəsi (1916)
  • Yüksəklikdə (1916)
  • Lebensvogen (1917)
  • Qara əl (1917)
  • Utanc ləkəsi (1917)
  • İsrafçı (1917)
  • İkiqat intihar (1918)
  • Kral özünü əyləndirir (1918)
  • So fallen die Lose des Lebens (1918)
  • Qadın əcdad (1919)
  • Həyat ustası (1920)
  • Qoy balacalar mənə gəlsin (1920)

Həmçinin bax

  • Uzunömürlü

Xarici keçidlər

İstinadlar