Li Çayld

Li Çayld (əsl adı Cim Qrant) - ingilis yazıçı.[1] İlk romanı "Döşəməni öldürmək" (Killing Floor) Antoni mükafatına layiq görülmüşdür. Əsasən psixoloji romanlara üstünlük verir.

Li Çayld
Jim Grant
2010-cu ildə
2010-cu ildə
Doğum adıJim Grant
Doğum tarixi (69 yaş)
Doğum yeriKovenrti, İngiltərə
VətəndaşlığıBöyük Britaniya Birləşmiş Krallıq
TəhsiliŞeffild Universiteti
İxtisasıhüquq
Fəaliyyətiyazıçı, roman yazıçısı, müəllif, ssenarist, kino aktyoru, televiziya prodüseri[d]
Fəaliyyət illəri1985—h.h.
Əsərlərinin diliingiliscə
İstiqamətpsixoloji
Janrroman
MükafatlarıAntoni mükafatı (1997)
Barri mükafatı (1997, 2004)
Beynəlxalq Kitab Mükafatı (2012)
İmza
leechild.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hər romanında keçmiş ABŞ polisi olan Cek Riçerin başına gələn macəralardan bəhs edilir.

Həyatı

Qrant 29 oktyabr 1954-cü ildə İngiltərənin Koventri şəhərində anadan olub. 1958-ci ildə ailəsi və üç böyük qardaşı Handsvorst Vuda daha yaxşı təhsil almaq üçün köçdülər.[2] Qrant 11 yaşına qədər Handsvorst Vuddakı Çerri Orçard məktəbində təhsil aldı. Daha sonra Birmingem Kral Edvard məktəbinə yazıldı. Atası məmur idi və kiçik qardaşı da roman yazıçısı oldu.

1974-cü ildə Şeffild Universitetinin hüquq fakültəsinə daxil oldu. Amma daha sonra teatr ilə məşğul olmağa başladı . Hüquqdan məzun olduqdan sonra televizor kanalı prodüseri kimi işləməyə başladı.[3]

Qrantın həyat yoldaşı Ceyn Nyu-Yorkludur və həmçinin Qrant Aston Villa klubunun fanatıdır.[4]

Televizor kanalında karyerası

İngiltərədəki ITV-nin bir hissəsi olan Mançestrdaki Qrenada kanalının aparacısı kimi işləməyə başladı. 1977-1995-ci illərdə burada işlədi.

Yazıçılıq

1997-ci ildə ilk kitabı "Döşəməni öldürmək" romanını nəşr etdirdi və 1998-ci ildə ABŞ-yə köçdü.Qrant 2009-cu ildə ABŞ Sirrli janr Yazıçılarının prezidenti seçildi.

Romanları

Li Çayld Barri mükafatını alarkən
Romanın adı (ingiliscə)İlMükafat
Killing Floor1997Antoni mükafatı, Barri mükafatı
Die Trying1998
Tripwire1999
The Visitor2000
Echo Burning2001
Without Fail2002
Persuader2003
The Enemy2004Barri mükafatı
One Shot2005
The Hard Way2006
Bad Luck and Trouble2007
Nothing To Lose2008
Gone Tomorrow2009
61 Hours2010
Worth Dying For2010
The Affair2011
A Wanted Man2012Beynəlxalq Kitab mükafatı
Never Go Back2013

İstinadlar