La-Sota vağzalına qatarın gəlməsi

La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır.

La-Sota vağzalına qatarın gəlməsi
fr. L'arrivée d'un train en gare de La Ciotat
JanrSənədli film
RejissorLümyer qardaşları
ProdüserLümyer qardaşları
OperatorLui Lümyer
İstehsalçıSociété Lumière
İlk baxış tarixi25 yanvar, 1896
Müddət50 san
Ölkələr Fransa
DilSəssiz film
Rəngağ-qara[d]
IMDbID0000012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet

Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu.

İstehsal

Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı.[1]

Reaksiya

Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır. Belə əhvalatlar söylənir ki, film ilk dəfə nümayiş etdirilən zaman, tamaşaçılara elə gəldi ki, təbii-ölçülü qatar düz onların üstünə gəlir və buna görə də onlar qışqıraraq, otağın arxa tərəfinə qaçdılar. Alman Der Spiegel xəbərlər jurnalında Helmut Karasek bu film haqqında yazmışdı:

Xüsusilə uzunmüddətli təsiri var idi; Bəli, bu film qorxu, terror, hətta təşvişə səbəb olub.

[2] Düzdür, bəzi film elmi işçiləri bu hadisənin doğruluğuna şübhə edirdi. Tarixçi Martin Lioperdinqer öz oçerkində yazırdı: "Lümyerlərin Qatarın Gəlməsi: Kinonun Əsas Əsatiri."[3] Bu filmdə bu hadisələr faktiki olaraq baş verib ya yox ancaq, şübhəsiz ki, hərəkət edən şəkillərin yaratdığı son dərəcə realist illüziyalar belə hallara adət etməmiş insanları təəccübləndirib.

Faktlar

  • Film 1895-ci ildə çəkilib və ilk dəfə 1896-ci il yanvarın 6-də böyük auditoriya qarşısında nümayiş etdirilmişdir.
  • Film həmçinin 2011-ci ildə Hüqo filmində təsvir edilmişdir.
  • Bu filmdən olan fraqmentlər Kapusinok bulvarından olan adam[ru] sovet filmində də yer alıb.
  • Rus yazıçısı Maksim Qorki, "Kölgələr Səltənəti" adlı məşhur oçerkində bu tarixi məqamı belə təsvir edir:[4]
Qəflətən nə isə basılır, hər şey yoxa çıxır və qatar ekranda görünür. Qatar elə sizə doğru şütüyür — ehtiyyatlı olun! Sanki, bu dəqiqə sizin oturduğunuz və sizi əzilmiş ət, sınmış sümüklərlə dolu cırıq çuvala çevirən qaranlığa daxil olaraq, bu qədər günah, qadın, musiqi və problemin toplaşdığı bu zalı və binanı dağıntı və toza çevirəcək.

İstinadlar