Laşa Talaxadze

Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu.

Laşa Talaxadze
gürc. ლაშა ტალახაძე
Şəxsi məlumatlar
VətəndaşlığıGürcüstan
Doğum tarixi (30 yaş)
Doğum yeriSaçxere , Gürcüstan
Boyu1.97 sm
Çəkisi157 kq
İdman növüAğır atletika
Ağırlıq dərəcəsi+ 105 kq

Karyerası

2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb.

2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.[1]

2016-cı ildə Norveçin Forde şəhərində təşkil edilən ağırlıq qaldırma üzrǝ Avropa Çempionatında qızıl medal qazanıb. O, birdən qaldırma hərəkətində 212 kq, təkanla qaldırma hərəkətində isə 251 kq-ı başı üzərinə qaldırıb. Toplamda 463 kq nəticə göstərən Laşa Talaxadze, həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərinin qabaqlayaraq qızıl medal əldə edib.[2]

Laşa Talaxadze 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb. O, birdən qaldırma hərəkətində 215 kq, təkanla qaldırmada isə 258 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 473 kq qaldıran Talaxadze qızıl medal qazanıb və dünya rekordunu yeniləyib.[3][4][5]

2017-ci ildə Xorvatiyanın Split şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən Laşa Talaxadze birdən qaldırmada 217 kq, təkanla 250 kq və iki hərəkətin cəminə görə 467 kq qaldıraraq qızıl medala sahib olmuşdur.[6]

Əsas nəticələri

İlMəkanÇəkiBirdən (kq)Təkanla (kq)ÜmumiSıra
123Sıra123Sıra
Olimpiya Oyunları
2016 Rio-de-Janeyro, Braziliya+105 kg20521021522422472581473
Dünya Çempionatı
2010 Antalya, Türkiyə+105 kg15716216227180180--------
2011 Paris, Fransa+105 kg17518018716207207--2538720
2015 Hyuston, ABŞ+105 kg200200207 238247247 454
Avropa Çempionatı
2016 Forde, Norveç+105 kg200207212 235241251 463
2017 Split, Xorvatiya+105 kg203210217 238245250 467
Yeniyetmələr arasında dünya çempionatı
2013 Lima, Peru+105 kg185190195 217221-- 411
U23 Avropa çempionatı
2016 Eilat, İsrail+105 kg193200205 222235-- 440
Yeniyetmələr arasında Avropa çempionatı
2011 Buxarest, Rumıniya+105 kg175180185 205212217 402
2012 Eilat, İsrail+105 kg175183190 205222232 412
Gənclər arasında Avropa çempionatı
2010 Valensiya, İspaniya+94 kg150155158 175182187 345

İstinadlar

Xarici keçidlər