Kyell Abell

Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[1][2][…]5 mart 1961[3][4][…], Kopenhagen[3][1]) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı.

Kyell Abell
dan. Kjeld Abell
Doğum tarixi25 avqust 1901(1901-08-25)[1][2][…]
Vəfat tarixi5 mart 1961(1961-03-05)[3][4][…] (59 yaşında)
Vəfat yeri
Fəaliyyətidramaturq, səhnə dizayneri, teatr rejissoru, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur.[5]

İstinadlar

Əlavə ədəbiyyat

  • The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992.  (ing.)
  • The Oxford Companion to the Theatre. / ed. by Phyllis Hartnoll. — Oxford University Press, 1983.  (ing.)
  • Frederick J. Marker. Kjeld Abell. — Gloucester, Mass., 1976.  (ing.)
  • Sven Møller Kristensen. Dansk litteratur 1918—1952. — 2. ed. — Copenhagen, 1965.  (dan.)