Kuznetsk

KuznetskRusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir

Şəhər
Kuznetsk
Кузнецк
Bayraq[d]Gerb
Bayraq[d]Gerb
53°07′ şm. e. 46°36′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1699
İlk məlumat1699
Sahəsi
  • 23 km²
Mərkəzin hündürlüyü240 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 82.276 nəf. (1 yanvar 2018)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu+7 841-57
Poçt indeksi442530
Digər
gorodkuzneck.ru
Xəritəni göstər/gizlə
Kuznetsk xəritədə
Kuznetsk
Kuznetsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki,Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qurabilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar AbaTuranı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasınınadı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof. Abdulkadir Donuktürk dövlətlərində istifadə edilmiş qədim hərbi ünvan və rütbələr barəsindəkitədqiqlərində Aba ünvanının Orxon abidələrində "baş komandan" mənasında işləndiyini göstərərək Kuman-qıpçaqlarda və oğuzlarda yayqin bir ad kimi qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun "Apa" ünvanı daşıdığından bəhs etmişdir1. Aba Tura mənaca "Tura-dayanacaq, düşərgə, məskən; Aba Tura "abalıların şəhəri" deməkdir. Yağmaçı kazaklar şəhərin əsiladına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk adlandırırdılar. Çünkionlar buraya gələrkən Abalıları dəmirçi, mahir usta kimi tanımışdılar. Hərb qalasıAba Tura 1622-ci ildə şəhərə çevrilir. Belə ki, tezliklə bu ərazilərdə zəngin metalmədənləri olduğu məlum oldu. Bundan sonra şəhərin Aba Tura türk adı dəyişdirilərək Kuznetsk adı ilə ("dəmirçilər şəhəri" deməkdir) əvəz olundu2. Şəhər 1932-ci ildən 1961-ci ilədək Stalinsk adı ilə yaşamışdır. Nəhayət Stalinin xatirəsinə qoyulmuş adların ləğvi kompaniyası ilə əlaqədar olaraq 1961-ci ildən şəhər özünün yeni adı - Novokuznetsk adı ilə məlumdur. Şəhərdə kömür, kimya,maşınqayırma və ağac emalı sənayesi inkişaf etməkdədir. Hazırda Rusiyanın ən böyük metallurgiya mərkəzlərindən biridir.

Qardaş şəhərlər

Coğrafiyası və iqlimi

Əhalisi

Mənbə

  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.10-11

İstinadlar