Kraysler binası

Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn,[4][5] açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir.[6]

Kraysler Binası
Chrysler Building
Xəritə
Ümumi məlumatlar
StatusSon daşı qoyuldu
Növügöydələn
Memarlıq üslubuAr-deko[2]
Ünvan405 Leksinqton prospekti, Manhetten, Nyu-York 10174
ÖlkəABŞ
ŞəhərNyu-York
Koordinatlar40°45′05″ şm. e. 73°58′32″ q. u.
Hündürlük (dəniz səv.)319
Hazırkı icarədarlarAbu Dabi İnvestisiya Şurası (90 %) Tişman Speyer (10%)
Şərəfinə adlandırılıbVolter Kraysler
Təməlatma19 sentyabr 1928
Tikintisinin başlaması1920
Tamamlanıb1930
Açılma30 may 1931
Hündürlük
Hündürlük319 m
MemarlıqAr-deko
Dam örtüyü282.0 m
Üst mərtəbə274.0 m
Texniki detallar
Materialkərpic[3], Şüşə, qranit, Əhəng daşı, polad[2]
Mərtəbə sayı77 [1]
Lift/qaldırıcılar32
Dizayn və konstruksiya
MemarVil Alen
Veb-sayt
chryslerbuilding.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu.[7] Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb. Volter P. Kraysler bütün tikinti xərclərini şəxsən ödəmiş və bu binanı uşaqlarına vəsiyyət eləməyi planlaşdırmışdı.[8]

Tarixçə

1932-ci ildə Kraysler Binası
Empayr Steyt Bildinqdən binanın görünüşü 2005

Kraysler Binası Volter P. Kraysler üçün memar Uilyam Van Alen tərəfindən dizayn edilmişdir.[8] Göydələnin inşasına 19 sentyabr 1928-ci ildə başlayanda, Nyu-Yorkda dünyanın ən yüksək göydələninin inşası üçün çox gərgin bir rəqabət var idi.[9][10] Bu səbəbdən binanın inşası olduqca tez (həftədə orta hesabla dörd mərtəbə) baş versə də, tikinti zamanı heç bir tikinti işçisi həlak olmadı.[11]

Dizayn

Nyu-Yokr şəhərindəki göydələnlərin yüksəkliklərinin müqayisəsi

Van Alenin bu göydələn üçün hazırladığı orijinal dizayn bəzənmiş şüşədən zirvə ilə quruluşun sonlandırılması nəzərdə tutulmuşdu. Bu orijinal dizaynın döşəməsindəki pəncərələr, günümüzdəkilərin üç qatı yüksəkliyində idi və üzərindən on iki mərtəbəli küncləri şüşə qablı bir qüllənin yüksəlməsi əsas məqsəd idi. Beləliklə qüllənin, fiziki və vizual olaraq sanki havada uçacaq qədər yüngül olduğu təəssüratı verilmək istənirdi.[8] Orijinal göydələnin 246 metr yüksəkliyə çatması nəzərdə tutulurdu.[12] Ancaq Uilyam H. Reynolds, layihənin çox müasir və bahalı olduğunu düşünərək Van Alenin orijinal planını təsdiqləmədi.[13] Dizaynın və layihənin kirayə müqaviləsinin Ulater P. Krayslerə satılmasından sonra Ualterin istəyi əsasında Van Alen layihəni təkrar nəzərdən keçirdi və bir neçə mərtəbə daha əlavə edib, göydələnin 282 metrə yüksəlməsinə razılaşıldı. Volter Kraysler, Chrysler Şirkətinin baş meneceri olduğundan, binadakı bir çox memarlıq detalları Chrysler-in avtomobil məhsullarından ilhamlanmışdır. Plimut kapotu kimi memarlıq bəzəkləri 1920-ci illərdə dəbdə olan maşın növlərinə nümunədir.

İnşaat

Göydələnin inşasına 19 Sentyabr 1928 günü başlandı. İnşaat şirkəti, podratçı şirkətlər, mühəndislər, memarlar və İnşaatla əlaqəli əşyalar üzrə mütəxəssisləri bir araya gətirən İnşaat qrupu yaradıldı. Kraysler binasının tikintisinin tamamlanmasına yaxın zamanda, rəqib bir layihə olan və H. Krayq Severans tərəfindən hazırlanmış 40 Voll Strit ilə eyni yüksəkliyə çatdı. Bundan sonra, H. Kreyq Severans, layihənin yüksəkliyini artıraraq dünyanın ən yüksək bina adını qazandıqlarını açıqladı.[9] Bunun qarşılıq olaraq, Uilyiam Van Alen 56.3 metr hündürlüyündə bir antenin binaya bağlanması üçün icazə aldı və antenlər 4 hissə şəklində tikinti sahəsinə gətirildi. 23 oktyabr 1929-cu ildə, antenanın aşağı hissəsi kran ilə binanın yuxarı hissəsinə qaldırıldı; sonra 66-cı mərtəbəyə. Qalan anten hissələri də kranla çıxarıldı və bütün hissələr cəmi 90 dəqiqə ərzində bir-birinə yığıldı.

İnşaatın tamamlanması

Əlavə edilmiş anten ilə Kraysler Binası, 28 May 1930-cu ildə tikinti başa çatdıqdan sonra 40 Vol Strit Binasını keçərək dünyanın ən uzun binası adına layiq görüldü. Eyfel qülləsi, eyni zamanda dünyanın ən strukturlu binası titulunu qorudu. Göydələnin inşası başa çatsa da, dizayner Van Alen, aralarında yaranan mübahisələrə görə memarlıq xidmətləri üçün almalı olduğu pulun qalan hissəsini sahibi Volter Krayslerdən ala bilmədi.[8] Göydələnin açılmasından bir il qədər sonra, 27 May 1931 tarixində, Empayr Steyt Bildinq tamamlandığında yüksəklik rekordunu Kraysler binasının əlindən aldı, lakin, Kraysler binası hələ də dünyanın ən yüksək polad daşıyıcı sistemə sahib kərpic binasıdır.[14] (Daşıyıcı sistemi polad olmayan dünyanın ən yüksək kərpic binası isə inşasına 1389-cu il-ci ildə başlanan, Almaniyanın Landshut şəhərində yerləşən Əziz Martinin Kilsəsidir.) [15][16]

Mülkiyyət

Göydələnin şərq hissəsinin döşəmə divarı Manhetten prospektinin əksinə meylli olaraq dayanıb və 1811-ci il Komissiyalar Planına uyğun olaraq yerləşmişdir. Kraysler Binasınınnın olduğu ərazi, xüsusi məktəb olan Cooper Union-a bağışlanmıştı.[17] Əvvəlcə Uilyam H. Reynolds tərəfindən icarəyə verilsə də, bu iş adamının kapitalı bir araya gətirə bilmədiyinə görə torpağın istifadə hüququ 1928-ci ildə Volter Krayslerə verildi.[18] Təxminlərin əksinə olaraq Kraysler şirkəti heç vaxt bu binanın inşasında və ya idarə edilməsində maraqlı olmamışdır; bu layihə Volter P. Krayslerin uşaqları üçün bir investisiya olmuşdur.[8] Vaxt keçdikcə bina sahibləri dəfələrlə dəyişdi. Kraysler ailəsi binanı 1947-ci ildə satdılar. 1950-ci illərdə Chrysler Şirkətinin ofisləri boş qaldıqdan sonra, 1957-ci ildə əmlak agentləri Sol Goldman və Aleks Dilorenzo tərəfindən alındı və sonradan Massaçusets sığorta şirkətinə verildi.[19] Binanın giriş foyesi 1978-1979-cu illər arasında təmir edilmişdir.[20] 1998-ci ildə Leksinqton prospektinin küncündə yerləşən bu bina, Tişman Speyer və Travelers tərəfindən 220 milyon dollarlıq bank konsorsiumu və Cek Kent Kukun mülklərinin dəyəri ilə alındı. Cooper Birliyi ilə razılığı ilə Tişman Speyer bu torpaqla bağlı 150 illik müqavilə imzaladı.[21]

2001-ci ildə binanın səhmlərinin 75% -ni Atlantada yerləşən, Almaniyanın investisiya fondu olan TMW tərəfindən 300 milyon dollara alınıb.[22] 11 iyun 2008-ci ildə, Abu Dabi İnvestisiya Şurası TMW-in 75%, Tişman Speyer-in 15% payı və binanın yanındakı Trilons-un bir hissəsini almaq üçün 800 milyon dollar təklif etdiyini elan etdi. 9 iyul 2008-ci ildə bu razılaşmanın tamamlandığı və Abu Dabi İnvestisiya Şurasının bina fondunun 90% -ə sahib olduğu açıqlandı.[23]

Memarlığı

Zirvədəki Art-deko bəzəklər

Kraysler Binası Ar-deko memarlığının ən vacib nümunələrindən biri hesab olunur. Əvvəllər sınaqdan keçirilməmiş bir metoddan istifadə edərək, dövrün Chrysler avtomobillərindən bəziləri bəzək elementləri xarici bəzək üçün istifadə olunurdu. 61-ci mərtəbənin künclərindəki qartallar 1929-cu ildə istehsal olunan Chrysler avtomobilinin mühərrik örtüyündən ilhamlandı; 31-ci mərtəbədəki künc bəzəkləri 1929-cu ildə istehsal olunan Chrysler radiator örtüklərinin nüsxələridir.[24] Binanın struktur sistemi polad, xarici örtük metaldır; İnteryer kərpic divarları ilə ayrılır. Binanın fasadında 3862 pəncərə var. Otis tərəfindən hazırlanmış və quraşdırılmış 8 lift binaya xidmət edir. Kraysler Binası 1976-cı ildə ABŞ Daxili İşlər Katibi tərəfindən Milli Tarixi Abidə elan edildi.[25][26]

Zirvənin bəzənməsi

Kraysler Binasının ən vacib memarlıq xüsusiyyətlərindən biri art deco üslubunda hazırlanmış terras zirvəsidir. Aşınmış və perçinlənmiş paslanmayan polad örtüklərlə örtülmüş bu terras zirvəsi güclü günəş işığı əks etdirən üçbucaqlı tağlı pəncərələrdən ibarətdir.[27] Bu pəncərələr zirvədən aşağı doğru pillələrlə endikcə daha da kiçilərək davam eləyir. Zirvədəki bütün metal örtüklər Almaniyanın Krupp şirkəti tərəfindən istehsal olunan, "Nirosta" adı ilə satılan poladdan ibarətdir və əsl adı "Enduro KA-2" dir.[28][29]

Zirvənin istifadəyə verilməsi

Kraysler Binası ilk dəfə açıldıqda, 71-ci mərtəbədə ictimai müşahidə göyərtəsi də var idi; lakin bu bölmə 1945-ci ildən bəri ictimaiyyət üçün bağlandı. Bu günə qədər 71-ci mərtəbə istifadə edilən ən yüksək mərtəbə kimi xidmət edir.[30] 71-ci mərtəbənin üstündəki mərtəbələr əsasən xarici görünüş üçün qurulduğundan, bu məkanlarda yalnız antenaya aparan pilləkənlər yerləşir. Son dərəcə kiçik sahəyə və alçaq tavana sahib olmaları səbəbiylə bu mərtəbələr yalnız radio yayımı ilə digər mexaniki və elektrik avadanlıqları üçün istifadə edilməkdədir. WCBS-TV televiziya kanalı; 1940-cı illərdə Kraysler Binasının yuxarısından, daha sonra isə Empayr Steyt Bildinqin yuxarı hissəsindən yayımlanmağa başladı. Çox uzun illər WPAT-FM və WTFM (indi WKTU) adlı radio kanalları da Kraysler Binasını istifadə etmişdi. Bu gün Kraysler Binasının üstündə heç bir yayımçı yoxdur.

Binanın işıqlandırılması

Antendə və göydələnin üst hissəsindəki bəzəklərdə iki fərqli işıqlandırma sistemi mövcuddur. ilki; bunlar binanın polad sisteminə quraşdırılmış V formalı işıqlardır. İkinci qrup proyektor işıqları isə binanın üzərini işıqlandırır. Bu şəkildə xüsusi tədbirlər üçün binanın yuxarı hissəsində fərqli rəngli işıqlandırma həyata keçirilə bilər. Sonradan əlavə olunan bu işıqlandırma sistemi, elektrik Çarlz Londner və qrupu tərəfindən quraşdırılmışdır.

Şəkillər

İstinadlar