Konrad Malt-Brün

Konrad Malt-Brün (dan. Malthe Conrad Bruun, fr. Conrad Malte-Brun; 12 avqust 1775[1][2][…], Tisted[d] və ya Danimarka[3]14 dekabr 1826[1][2][…], Paris[3]) — danimarkaəsilli Fransa coğrafiyaşünası.

Konrad Malt-Brün
dan. Malthe Conrad Bruun
Doğum adıMalthe Conrad Bruun
Doğum tarixi12 avqust 1775(1775-08-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi14 dekabr 1826(1826-12-14)[1][2][…] (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəticoğrafiyaşünas, jurnalist, şair, yazıçı
Əsərlərinin dilifransız dili
Üzvlüyü
Vikimənbənin loqosu Konrad Malt-Brün Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Danimarka kral mülklərinin idarəediciləri ailəsində anadan olmuşdur. O, Kopenhagen Universitetində təhsil almışdır. 1800-cü ildə Fransa inqilabını dəstəkləyən şeirlər və broşürlər yazdığı üçün Danimarkadan qovulmuş və Fransaya köçmüşdür. Orada coğrafiyaşünas və jurnalist kimi fəaliyyət göstərmişdir. O, "Précis de géographie universelle"in altı cildinin və çoxsaylı coğrafi xəritələrin müəllifidir.

1821-ci ildə Malt-Brün Fransa Coğrafiya Cəmiyyətinin təsisçilərdən biri olmuş və onun birinci katibi seçilmişdir. Malt-Brün ilk dəfə "Okeaniya" və "Hind-Çin" terminlərindən istifadə etmişdir.

İstinadlar

Xarici keçidlər