Klub 27

Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır.[1]

27 yaşında ölən ən məşhur musiqiçilər

ŞəkilAdıDoğum tarixiRəsmi ölümün səbəbiMəşhurluğuYaşı və ölüm tarixi
Robert Conson1911-ci il 8 mayRəsmi versiyaya görə, sevgilisinin əri tərəfindən güllələnib.

Digər versiyada isə zəhərlənərək öldürüldüyü qeyd edilir.

20-ci əsrin ən məşhur blyuzmenlərindən biri.[2]16 avqust 1938

(27 yaşı 101 gün)

Brayan Cons1942-ci il 28 fevralBoğulma[3] (Müstəntiq olayı bədbəxt hadisə adlandırmşdır)[4]Rolling Stones qrupunun qurucusu,Gitara ifaçısı.3 iyul 1969-cu il (27 yaşı 125 gün)
Cimi Hendriks1942-ci il 27 noyabrPsixi durum.[5]The Jimi Hendrix Experience və Band of Gypsys qrupları üçün gitara çalan, məşhur rok ifaçısı və bəstakarı18 noyabr 1970-ci il (27 yaşı 295 gün)
Cenis Coplin1943-cü il 19 yanvarYüksək dozalı heroin qəbulu.[6]Vokalist və nəğməkar şair.4 oktyabr 1970-ci il (27 yaşı 258 gün)
Cim Morrison1943-cü il 8 dekabrÜrək dayanması.[7]Aparıcı, müğənni, The Doors rok qrupunun rəhbəri3 iyul 1971-ci il (27 yaşı 207 gün)
Kurt Kobeyn1967-ci il 20 fevralİntihar[8][9]Məşhur Gitara ifaçısı və Nirvana qrupunun rəhbəri.5 aprel 1994-cü il (27 yaşı 44 gün)
Emi Vaynhauz1983-cü il 14 sentyabrÖlümün səbəbi hələ bilinmir.[10][11][12] Bir çox mənbələr, ölümün əsas səbəbi kimi yüksək dozalı heroin qəbulu və spirtli içkini göstərir.[13]5 dəfə Qremmi mükafatı sahibi23 iyul 2011-ci il (27 yaşı 312 gün)

Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.[14][15]

İstinadlar