Kloi Moriondo

Kloi Moriondo (ing. Chloe Moriondo; 29 sentyabr 2002, Detroyt, Miçiqan)[1][2][3] — amerikalı müğənni-mahnı yazarı və YouTuber. O, indi-pop, bedrum pop və hiperpop üslublu mahnıları ilə tanınır. Kloinin 2014-cü ilin yanvarında açdığı YouTube kanalı hal-hazırda 3 milyondan çox abunəçiyə və 200 milyondan çox baxışa sahibdir.

Kloi Moriondo
Ümumi məlumatlar
Doğum tarixi29 sentyabr 2002(2002-09-29) (21 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni-mahnı yazarı, YouTuber, televiziya prodüseri[d], videobloger[d], müğənni
Fəaliyyət illəri2014-cü ildən
Janrlarindi-pop, bedrum pop[d], indi-rok
Musiqi alətiukulele
chloemoriondo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kloi Moriondo Miçiqan ştatının Detroyt şəhərində doğulub-böyüyüb.

Karyerası

Kloi "Rabbit Hearted" adlı ilk studiya albomunu 31 iyul 2018-ci ildə yayımlayıb.[4][5] O, ilk mini-albomu "Spirit Orb"u isə 24 aprel 2020-ci ildə çıxarıb. Kloi 2020-ci ilin may ayında Fueled by Ramen ilə müqavilə bağlamış və "I Want to Be with You" mahnısını buraxmışdır.[6]

O, ikinci studiya albomu "Blood Bunny"ni "I Want to Be with You" və "Girl on TV" sinqlları ilə bərabər buraxıb. Kloi 2021-ci ildə "Jimmy Kimmel Live"da "Blood Bunny" albomundan "Bodybag" mahnısını canlı olaraq ifa edib. Həmçinin o, "James Corden ilə The Late Late Show"-da "I Want to Be with You" mahnısını da oxumuşdur.[7][8]

Kloi "puppy luv" adlı ikinci mini-albomunu 2022-ci ilin aprelində yayımlayıb. O, "Blood Bunny" albomunun delüks versiyasını 2022-ci ilin iyununda buraxıb. Kloi 2022-ci ilin mayından iyununa qədər mxmtoon-un rising (the tour) konsert turunda iştirak etmişdir. O, "SUCKERPUNCH" adlı üçüncü albomunu 2022-ci ilin oktyabrında yayımlayıb. O, 12 oktyabr 2022-ci ildən 19 noyabr 2022-ci ilə qədər ABŞ və Kanadada canlı çıxışlar edib. O, 8 dekabr tarixində Birləşmiş Krallıq və Avropa turlarını ləğv etdini elan etmişdir. [9]

Kloi 10 fevral 2023-cü ildə Pierce the Veil qrupunun yeni çıxan albomu "The Jaws of Life"dakı "12 Fractures" trekində qonaq ifaçı kimi yer alıb.

Şəxsi həyatı

Kloi Moriondo özünü non-binar kimi hesab edir, o, həm də 2021-ci ilin iyun ayında özünü sadəcə bir qız kimi tanıdığını da deyib.[10][11][12] O, she/her və they/them pronounslarından istifadə edir və cinsiyyətini açıqlamır. Kloi 2021-ci ilin sentyabrında Twitter izləyicilərinə artıq özünü lezbiyan hesab etmədiyini bildirib.[13]

Diskoqrafiya

Albomlar

  • Rabbit Hearted. (2018)
  • Blood Bunny (2021)
  • SUCKERPUNCH (2022)

Mini-albomlar

  • Spirit Orb (2020)
  • blood bunny (acoustic) (2021)
  • puppy luv (2022)

İstinadlar

Xarici keçidlər