Kipr Avroviziya Mahnı Müsabiqəsində

Kipr Avroviziya Mahnı Müsabiqəsi1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur.

Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.

Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir.

Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1981YunancaIsland"Monika" (Μόνικα)669
Yarımfinal olmayıb
1982YunancaAnna Vissi"Mono i agapi" (Μόνο η αγάπη)585
1983YunancaStavros və Konstantina"I agapi akoma zi" (Η αγάπη ακόμα ζει)1626
1984YunancaƏndi Pol"Anna Maria Lena" (Άννα Μαρία Λένα)1531
1985YunancaLia Vissi"To katalava arga]" (Το κατάλαβα αργά)1615
1986YunancaElpida"Tora zo" (Τώρα ζω)204
1987YunancaAleksiya"Aspro mavro" (Άσπρο-μαύρο)780
1989YunancaYannis Savvidakis və Fani Polimeri"Apopse as vrethoume" (Απόψε ας βρεθούμε)1151
1990YunancaHaris Anastazio"Milas poli" (Μιλάς πολύ)1436
1991YunancaElena Patroklu"SOS"960
1992YunancaEvridiki"Teriazoume" (Ταιριάζουμε)1157
1993YunancaKiriakos Zimbulakis və Dimos Van Beke"Mi stamatas" (Μη σταματάς)1917
1994YunancaEvridiki"Eimai anthropos ki ego" (Είμαι άνθρωπος κι εγώ)1151
1995YunancaAleks Panayi"Sti fotia" (Στη φωτιά)979
1996YunancaKonstantinos"Mono gia mas" (Μόνο για μας)9721542
1997YunancaHara və Andreas Konstantinu"Mana mou" (Μάνα μου)598
Yarımfinal olmayıb
1998YunancaMixalis Hatziyannis"Genesis" (Γένεσις)1137
1999YunancaMarlen"Tha 'nai erotas" (Θα 'ναι έρωτας)222
2000Yunanca, İtalyancaVoice"Nomiza" (Νόμιζα)218
2002İngiliscəOne"Gimme"685
2003İngiliscəStelios Konstantas"Feeling Alive"2015
2004İngiliscəLiza Andreas"Stronger Every Minute"51705149
2005İngiliscəKonstantinos Kristoforu"Ela Ela (Come Baby)" (Ελα Ελα)1846
Birbaşa finalçı
2006İngiliscəAnnet Artani"Why Angels Cry"
Finala keçməyib
1557
2007FransızcaEvridiki"Comme ci, comme ça"1565
2008YunancaYevdokiya Kadi"Femme Fatale"1536
2009İngiliscəKristina Metaksa"Firefly"1432
2010İngiliscəCon Liliqrin və The Islanders"Life Looks Better in Spring"21271067
2011YunancaKristos Milordos"San aggelos s'agapisa" (Σαν άγγελος σ'αγάπησα)
Finala keçməyib
1816
2012İngiliscəİvi Adamu"La La Love"1665791
2013YunancaDespina Olimpiu"An me thimasai" (Aν με θυμάσαι)
Finala keçməyib
1511
2015İngiliscəYannis Karayannis"One Thing I Should Have Done"2211687
2016İngiliscəMinus One"Alter Ego"21968164
2017İngiliscəOvik"Gravity"21685164
2018İngiliscə, İspancaEleni Fureyra"Fuego"24362262
2019İngiliscəTamta"Replay"131099149
2020Sandro Nikolas

Səsvermə tarixi

Kiprin ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Yunanıstan324
2 İspaniya119
3 İsveç112
4 İtaliya103
5 Rusiya100
Kiprin ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Yunanıstan283
2 Böyük Britaniya88
Malta88
4 Finlandiya68
5 İspaniya67

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

İstinadlar

Həmçinin bax