Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
OIAC, OPCW, ОЗХО
ing. Organisation for the Prohibition of Chemical Weapons
Loqonun şəkli
Yaranma tarixi29 aprel 1997
Rəsmi diliingilis, fransız, rus, çin, ispan və ərəb
MərkəziHaaqa, Hollandiya
SədrƏhməd Üzümcü
Büdcəsi71 milyon avro
Üzvləri
  • 500 nəf.
opcw.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.

Təşkilatın rəhbəriliyi

ÖlkəAdıFəaliyyətə başlaması
BraziliyaXose Bustani13 may 1997
ArgentinaRogelio Pfirter25 iyun 2002
TürkiyəƏhməd Üzücü25 iyun 2010