Kilimancaro Milli Parkı

Kilimancaro Milli ParkıTanzaniyanın Kilimancaro regionunda, ekvatordan 300 kilometr (190 mil) cənubda yerləşən milli park.[1] Park Moşi şəhərinin yaxınlığında yerləşir.[2] Parka Kilimancaro dağının bütün meşə zolağı və 1,820 metr (5,970 ft) yuxarıdakı montan meşə kəməri daxildir.[1][2] Kilimancaro Milli Parkı 1 688 kvadrat kilometr ərazini əhatə edir. Park Tanzaniya Milli Parklar Təşkilatı (ing. Tanzania National Parks Authority (TANAPA))) tərəfindən idarə olunur.[3]

Kilimancaro Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 75.575 ha
Yaradılma tarixi1973
Yerləşməsi
3°04′ c. e. 37°22′ ş. u.
Ölkə
tanzaniaparks.com/kilima…
Kilimancaro Milli Parkı xəritədə
Kilimancaro Milli Parkı
Kilimancaro Milli Parkı
Rəsmi adıKilimanjaro National Park
TipiTəbii
Kriteriyavii
Tarixi1987 (11-ci sessiya)
İstinad nöm.403
ÖlkəTanzaniya Tanzaniya
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park 2013-cü ildə 51 milyon ABŞ dolları gəlir əldə etdi.[4]:285 Park bununla Tanzaniya milli parkları arasında ikinci[5]:258 və 2012-2013-cü illər ərzində büdcəyə gəlir gətirən yalnız iki Tanzaniya milli parkından biri idi.[6] TNPA, 2012-2013 turizm ilində parkda 58.460 turistin qeyd etdiyini, bunlardan 54.584 nəfərinin xarici olduğunu bildirdi.[6]

Tarix

XX əsrin əvvəllərində Kilimancaro dağı və ona bitişik meşələr Alman müstəmləkə hökuməti tərəfindən ov ərazisi elan edildi.[2] 1921-ci ildə ərazi meşə qoruğu təyin edildi.[2] 1973-cü ildə isə meşə zolağının üzərindəki dağ (təxminən 2,700 metr (8,900 ft)) milli park olaraq təsnif edildi.[1] Park 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Ümumdünya irsi elan edilmişdir.[2] 2005-ci ildə park Kilimancaro Meşə Qoruğunun bir hissəsi olan bütün montan meşəsini əhatə etmək üçün genişləndirildi.[1][2]

Fauna

Parkda müxtəlif heyvanlar tapıla bilər. Meşə zolağından yuxarıda Kilimancaro ağac damanı, kolluq dukeri və gəmiricilərə tez-tez rast gəlinir.[2] Meşə zolağında Buşbok və cephalophus spadix görünür.[2] Montan meşəsində və bəzən rütubətli və ya otlaq ərazilərdə Afrika kəlləri yaşayır.[2] Fillərə Namvay və Tarakya çayları arasında rats gəlinə bilər və bəzən daha yüksək hündürlüklərdə də olurlar.[2] Montan meşələrində mavi meymunlar, ağ-qara kolobuslar, qalaqolarbəbirlərə rast gəlmək olar.[2]

İstinadlar