Kidoniya (Mars)

Kidoniya (lat. Cydonia) — Marsda həm elmi[1] , həm də populyar marağa səbəb olan ərazi[2][3] . Əraziyə Albedo xüsusiyyətinə əsasən Kidoniya adı verildi. Ərazi Asidaliya düzənlikləri və Ərəbistan relyef yüksək dağları ilə həmsərhəddir[4] . Bu bölgədə yastı üstü masa dağlarına bənzər yerlər, kiçik təpələr, həmçinin qabarıq yerlər və bir-birinə kəsişən dərələr var. Onların hamısı bu bölgədə yerləşir və adları Cydonia Mensae, Cydonia Colles və Cydonia Labyrinthus adlanır[5][6] . Marsın digər albedo xüsusiyyətləri kimi, Kidoniya adı da qədim Yunanıstandan götürülüb. Ad, Krit adasında yerləşən tarixi polis (şəhər dövləti), Kidoniya şəhərinin adından götürülüb (q.yun. Κυδωνία)[7] . İnsan üzünə bənzəyən Marsdakı üz relyefi, Kidoniyada, Arandas və Bamberq kraterləri arasında yerləşir[4] .

Kidoniya bölgəsində ki Marsdakı üz relyefi, Vikinq 1 orbiteri tərəfindən çəkilmiş və NASA/JPL tərəfindən 25 iyul 1976-cı ildə yayımlanmışdır.

Yer

Kidoniya, planetin şimal yarımkürəsinin cənubunda zərbə kraterli bölgələrlə, şimalda nisbətən hamar düzənlikli bölgə olan bir kəsişmə zonasında, Mare Acidalium dördbucağında yerləşir. Bəzi planetoloqlar hesab edirlər ki, şimal düzənlikləri bir vaxtlar okean yatağı[2] , Kidoniya isə bir vaxtlar sahil zonası olub[3] .

"Marsdakı üz"

Avropa Kosmik Agentliyinin peyki Mars Ekspress tərəfindən 2006-cı ildə çəkilmiş Kidoniya ərazisinin şəkli. "Marsdakı üz" mərkəzin bir az altındadır.
"Marsdakı Üz"ün orijinal toplu işlənmiş şəklinin (#035A72) kəsilmiş versiyası. Şəkilə ki qara nöqtələr verilənlərdən qaynaqlanan bir xətadır[8] .

Kidoniya ilk dəfə Vikinq 1 və Vikinq 2 orbiterləri tərəfindən ətraflı təsvir edilib. Orbiterlər tərəfindən Kidoniya ərazisinin 18 görüntüsü çəkilib və bunlardan yeddisi, 250 m/pixel (820 ft/pixel) təsvir ölçüsündə olması səbəbilə digərlərindən daha keyfiyyətli görüntüyə malikdir. Digər 11 görüntü 550 m/pixel (1800 ft/pixel) olmaqla nisbətən bir qədər keyfiyyətsiz görüntülərdir və Kidoniyanın səth xüsusiyyətlərini öyrənmək üçün istifadə edilməsi çox da mümkün deyil. Bu 7 keyfiyyətli görüntülərdən ikisi, işıq və zamandan dolayı o qədər bənzərdir ki, bu səbəbdən əslində 5 fərqli görüntü var.

Vikinq Orbiter tərəfindən çəkilən həmən 5 görüntünün təsvir nömrələri aşağıdakı kimidir;

035A72 (VO-1010), 070A13 (VO-1011), 561A25 (VO-1021), 673B54 & 673B56 (VO-1063) və 753A33 & 753A34 (VO-1028) [9][10]

25 iyul 1976-cı ildə Vikinq 1 tərəfindən çəkilmiş şəkillərdən birində, 40,75° şimal enində və 9,46° qərb uzunluğunda[11] yerləşən Kidoniyan adında iki kilometr uzunluğunda (1,2 mil) bir təpənin, insana bənzər üzü görünür. Şəkil ilk əldə edildikdə, Vikinq baş alimi Gerry Soffen 035A72[12] nömrəli görüntüdə ki "Marsdakı üz"ü "işıq və kölgə hiyləsi" kimi dəyərləndirib görməzdən gəldi[13][14] . Vikinq orbiteri tərəfindən çəkilən 070A13 nömrəli ikinci şəkildə də eyni "üz" görüntüyə düşüb tək fərq isə fərqli bucaqdan çəkilmiş olmasıdır. Bu sonuncu kəşf NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində iki kompüter mühəndisi olan Vincent DiPietro və Gregory Molenaar tərəfindən müstəqil olaraq edildi. Belə ki DiPietro və Molenaar NASA arxivlərində axtarış apararkən yanlışlıqla arxivlənmiş iki görüntünü, yəni Vikinq tərəfindən çəkilən 035A72 və 070A13 nömrəli görüntüləri tapdılar[15] . Bu son iki şəklin görüntü keyfiyyəti təxminən 50 m/pixel idi[16] .

Sonrakı görüntülər

Vikinq 1 şəkillərinin çəkilməsindən 20 ildən çox vaxt keçdikdən sonra bir sıra orbiterlər Marsa göndərildi və Kidoniya ərazisində yeni müşahidələr aparıldı. Göndərilən orbiterlər arasında NASA-nın Mars Global Surveyor (1997–2006), Mars Reconnaissance Orbiter (2006–)[17]Avropa Kosmik Agentliyinin Mars Ekpress orbiterləri (2003–) var[18] . Kidoniyanın Vikinq görüntülərindən fərqli olaraq, sonradan göndərilmiş orbiterlər tərəfindən çəkilən görüntülər yüksək keyfiyyətlə çəkilib. Belə ki Mars Ekspress tərəfindən çəkilən görüntülər 14 m/pixel (46 ft/piksel) və ya daha yüksək keyfiyyətdədir. Mars Ekspress orbiterində yüksək keyfiyyətə malik Stereo Kameradan (ing. High Resolution Stereo Camera — HRSC) və NASA-nın Mars Global Surveyorr orbiterində ki Mars Orbiter Kamerasından (ing. Mars Orbiter Camera — MOC) gələn verilənlər birləşdirilərək "Marsdakı Üz"ün üçölçülü təsvirini yaratmaq mümkün olub[19] .

İlk görüntüdən sonra alimlər, Üzün, optik illüziya, yəni pareidoliya psixoloji fenomeni olduğunu hesab etdilər[20][21][22]. Daha yüksək görüntü keyfiyyətinə malik Mars Global Surveyor verilənlərinin təhlilindən sonra NASA, "Təpənin çoxsaylı şəkillərinin ətraflı təhlilinə əsasən, bu təpədəki xəyali üz görünüşü, baxış bucağına və işıqlandırma bucağına bağlı olaraq sadəcə təbii görünüşlü adi bir Mars təpəsidir" deyə açıqlama yayımladı[23]. Oxşar optik illüziyalara Yerin geologiyasında da rast gəlmək olar[24]; nümunələr arasında Qoca dağ, Sfinks, Qevont, Pedra da Qavea, Hoy qocası, Stac Levenish, Ute dağı və Badlands Guardian kimi yerlər daxildir[25].

Mars Reconnaissance Orbiterin HiRISE kamerası ilə çəkilmiş "Marsdakı üz" (2007) şəkli. Aşağı sağ küncdəki şəkil isə Vikinq Orbiteri tərəfindən 1976-cı ildə çəkilib.
Eyni görüntü Mars Global Surveyor orbiterinin subyektivində (MOC kamera) (2001).

Spekulyasiya

Kidoniyadakı üz pareidoliyası, yerdənkənar kəşfiyyat və yaxın qarşılaşma ilə maraqlanan şəxsləri və təşkilatları ilhamlandırdı və şəkillər 1977-ci ildə bu kontekstdə nəşr olundu[26][27] . Bəzi şərhçilər, xüsusən də Richard C. Hoagland, "Marsdakı üz"ün piramidalar kimi xarabaya çevrilmiş bir şəhərin bir hissəsi olduğunu iddia etdi və buranın itmiş Mars sivilizasiyasının sübutu olduğunu irəli sürdü[28] .

Astronom Karl Saqan üzü elmi tədqiqat mövzusu kimi qəbul edərkən, 1995-ci ildə yazdığı İblislərlə dolu dünya kitabının Aydakı adam və Marsdakı üz fəslində bununla bağlı fərziyyələrin çoxunu tənqid etdi[29][30] . Dr. Mark J. Carlottonun üzlə bağlı forma-kölgələmə işi Saqan tərəfindən məşhur Kosmos serialının bir bölümündə istifadə edildi[31] . 1998-ci ildə Kosmik Üz haqqında bir xəbər məqaləsində bir alim, təbiətdəki ağıllı dizaynı deşifrə etməsindən yazdı. Charles Thaxton isə bunu Prinstonda bir konfransda ilk dəfə "yaradılış elmi" əvəzinə "ağıllı dizayn" terminindən istifadə edərək bir təqdimat üçün vizual olaraq istifadə etdi[32] .

Marsdakı pareidolialarla bağlı məsələ, skeptik qruplar arasında qızğın müzakirə mövzusudur və onlar bu mövzunu, digər insanların asanlıqla inanclı hərəkət edərək doğruluğunu sorğulamadan qəbul etdikləri nümunə kimi istifadə edirlər[33] . Marsda müxtəlif üz formaları var, lakin bu üzlərin bəziləri digərlərinə nisbətən daha az nəzərə çarpır və bu hal skeptik qruplar tərəfindən də tez-tez gündəmə gətirilir. Məsələn Qalle krateri adlanan ərazidə emotikon, başqa yerlərdə isə Qurbağa Kermitə (Kukla) və ya digər məşhur simalara bənzəyən üz formaları müşahidə olunub[34] . Bu son oxşarlıqda Discover jurnalının Skeptik Göz (Skeptical Eye) rubrikasında Hoqlandın iddiaları ilə lağ edildi və ondan, yadplanetlilərin Sezam Küçəsinin (Uşaqlara aid ABŞ istehsalı TV serial) pərəstişkarı olub-olmadığı soruşuldu[15][35]

Marsın interaktiv xəritəsi

Acheron FossaeAcidalia PlanitiaAlba MonsAmazonis PlanitiaAonia PlanitiaArabia TerraArcadia PlanitiaArgentea PlanumArgyre PlanitiaChryse PlanitiaClaritas FossaeKidoniyaDaedalia PlanumElysium MonsElysium PlanitiaGale craterHadriaca PateraHellas MontesHellas PlanitiaHesperia PlanumHolden craterIcaria PlanumIsidis PlanitiaJezero craterLomonosov craterLucus PlanumLycus SulciLyot craterLunae PlanumMalea PlanumMaraldi craterMareotis FossaeMareotis TempeMargaritifer TerraMie craterMilankovič craterNepenthes MensaeNereidum MontesNilosyrtis MensaeNoachis TerraOlympica FossaeOlimp dağıPlanum AustralePromethei TerraProtonilus MensaeSirenumSisyphi PlanumSolis PlanumSyria PlanumTantalus FossaeTempe TerraTerra CimmeriaTerra SabaeaTerra SirenumTharsis MontesTractus CatenaTyrrhen TerraUlysses PateraUranius PateraUtopia PlanitiaValles MarinerisVastitas BorealisXanthe Terra
Marsın qlobal topoqrafiyasının interaktiv təsvir xəritəsi. Şəklin üzərinə siçanı sürüşdürsəniz, şəkildə göstərilən 60-dan çox mühüm coğrafi xüsusiyyətin adı görünəcək. İstəsəniz, bu xüsusiyyətlərə keçid etmək üçün onların üzərinə keçid edə bilərsiniz. Bu xəritə NASA-nın Mars Global Surveyor orbiterində ki Mars Orbiter Laser Altimeter tərəfindən verilən məlumatlara əsaslanaraq müxtəlif rənglərdə yüksəklikləri göstərir. Başqa sözlə, xəritədə fərqli rənglər fərqli yüksəklikləri göstərir. Ağ və qəhvəyi rənglər ən yüksək yerləri göstərir (+12 to +8 km); çəhrayı və qırmızı rənglər bir qədər aşağı yerləri göstərir (+8 to +3 km); sarı rəng isə dəniz səviyyəsində, 0 km;-də olan yerləri göstərir; yaşıl və mavi rənglər də daha aşağı yerləri göstərir (−8 km-dək). Xəritə enlikuzunluq xətləri istifadə olunmaqla çəkilib. Xəritədə qütb bölgələri də göstərilib.
(Həmçinin baxın: Mars Rovers xəritəsiMars xatirə xəritəsi.


İstinadlar