Ki Bo-Bae

Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb.

Ki Bo-Bae
Ki Bo-Bae 2012 London Olimpiadasında
Şəxsi məlumatlar
Tam adıKi Bo-Bae
VətəndaşlığıCənubi Koreya Cənubi Koreya
Doğum tarixi (36 yaş)
Doğum yeriAnyang, Cənubi Koreya
Boyu167 sm.
Çəkisi57 kq.
İdman növüKamandan oxatma
25 avqust 2016 tarixində yenilənib.

Karyerası

Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı. 2016-cı il onun üçün daha uğurlu oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda bürünc medal qazandı. Komanda yarışlarında isə Ki Bo-Bae komanda yoldaşları Çang Hye-JinÇoi Mi-Sun ilə birgə qızıl medala layiq görüldü.

Mənbələr

İstinadlar