Ak Bars Arena

(Kazan Arena səhifəsindən istiqamətləndirilmişdir)

Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir.[2]

Ak Bars Arena
Xəritə
YeriKazan, Tatarıstan, Rusiya
Təməli qoyulub2010-cu il may
Açılış tarixi2013-cü il iyul
Tikinti xərcləri450 milyon $
MemarPopulous, V.Motorin
SahibiTatarıstan
Tamaşaçı tutumu45379 (rəsmən)
42873 (2018 FİFA Dünya Kuboku)[1]
Ev sahibi komandaRubin Kazan FK
Meydançanın ölçüləri105 x 68 m
Ot örtüyüGrassMaster (hibrid ot)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi baxış

Stadionun LED fasadı dünyadakı bütün stadionlardakı LED fasadlar içərisində ən böyük olanıdır.[3]

Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur.

Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir.

Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi.

2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.

2017 FİFA Konfederasiyalar Kuboku zamanı

TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı
18 iyun 201718:00  Portuqaliya2–2  MeksikaA qrupu34372[4]
22 iyun 201721:00  Almaniya1–1  ÇiliB qrupu38222[5]
24 iyun 201718:00  Meksika2–1  RusiyaA qrupu41585[6]
28 iyun 201721:00  Portuqaliya0–0 (ə.v.) 0–3 (pen.)  ÇiliYarı Final40855[7]

2018 FİFA Dünya Kuboku zamanı

TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı
16 iyun 201813:00  Fransa2–1  AvstraliyaC qrupu41279[8]
20 iyun 201821:00  İran0–1  İspaniyaB qrupu42718[9]
24 iyun 201821:00  Polşa0–3  KolumbiyaH qrupu42873[10]
27 iyun 201817:00  Cənubi Koreya2–0  AlmaniyaF qrupu41835[11]
30 iyun 201817:00  Fransa4–3  Argentina1/8 Final42873[12]
6 iyul 201821:00  Braziliya1–2  Belçika1/4 Final42873[13]
Polşa ilə Kolumbiya 2018 FİFA Dünya Kuboku çərçivəsində qarşı-qarşıya gəlirlər.

Qalereya

İstinadlar