Kataloniyaya məhəbbətlə

Kataloniyaya məhəbbətlə (ing. Homage to Catalonia) – Corc Oruellin İspaniya Vətəndaş Müharibəsindəki təcrübələri və təhlilləri barədə şəxsi hesabatı. İlk dəfə 1938-ci ildə Böyük Britaniyada nəşr olunmuşdur. 1952-ci ilin fevralına qədər ABŞ-də çapdan çıxmamışdır. Oruellin sağlığında kitab ancaq italyan dilinə tərcümə olunmuşdur (dekabr 1948).[1] Fransız dilinə tərcüməsi isə Oruellin ölümündən 5 il sonrakı müddət boyunca nəşr olunmamışdır.[2]

Kataloniyaya məhəbbətlə
ing. Homage to Catalonia
Azərbaycanca nəşrinin üzlüyü.
Azərbaycanca nəşrinin üzlüyü.
MüəllifCorc Oruell
Janrlarqeyri-bədii, siyasi
Orijinalın diliingiliscə
ÖlkələrBöyük Britaniya Birləşmiş Krallıq
Orijinalın nəşr ili25 aprel 1938
TərcüməçiƏli Nəcəfxanlı (azərb.)
NəşriyyatSecker and Warburg (London)
Qanun (azərb.)
Səhifə256 (azərb.)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dilinə Qanun Nəşriyyatı tərəfindən tərcümə edilmişdir.[3]

Məzmun

Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən "Kataloniyaya məhəbbətlə" kitabını qələmə almışdır.

İstinadlar

Xarici keçidlər