Kapalay adası

Kapalay (malay Pulau Kapalai) — Sulavesi dənizində yerləşən sualtı bankə. Ada Malay arxipelaqına daxil olan, Ligitan arxipelaqının tərkib hissəsidir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir.

Kapalay
malay Pulau Kapalai
Ümumi məlumatlar
Sahəsi0,1 km²
Uzunluğu
  • 1,3 km
Eni0,36 km
Hündür nöqtəsi0 m
Əhalisi0 nəfər (1998-ci il)
Yerləşməsi
4°13′00″ şm. e. 118°41′00″ ş. u.
Ölkə Malayziya
Akvatoriya
Kapalay xəritədə
Kapalay
Kapalay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər Ligitan adaları böyük bir sahəni əhatə edirdi. Lakin sonrakı dövrlərdə onun sahəsi tədricən azalmağa başlayır. Bunun isə təbii və antropagen səbıbləri olur. XX əsrin sonları ada çəkilmə zamanı müşahidə edilirdi. Qumlu dayazlığın ətrafında mərcan və riflər yayılır. Hazırda isə bölgə məşhur dəniz kurortudur.

Fiziki-coğrafi xüsusiyyətləri

Coğrafi yerləşməsi

Coğrafi koordinatları — 4°13′00″ şm. e. 118°41′00″ ş. u.[1]Ada Sulavesi dənizinin cənub-şərqində, Kalimantan adasından 20 km məsafədə qəralaşır. Ligitan arxipelaqına daxildir və qrupun digər adası olan Mabul adasından 4,6 km cənub-şərqdə yerləşir. Ada yaxınlığından İndoneziya-Malayziya sərhədi keçir[1][2]. Kapalay adasının sahəsi son on illiklər ərzində azalmışdır. Belə ki, dənizin onun sahillərini yuması və iqtisadi gəlir məqsədi ilə qumunun satılması 1990-cı illərdə adanın su altı dayazlığa çevrilməsinə səbəb olmuşdur[3]. Bununla belə dayazlıda inşa edilən dalğaqıranlar, müəyyən obyektlər əsasən adanın təbii əraxisində yerlışir[3][4]

Təbii şəraiti

İqlimi ekvatorialdır. Rütubətlidir. Kalimantan adasının şimal-şərq iqliminə uyğundur. Orta illik temoeraturu maksimum +38 °C, minimum isə +17 °C. Gündüz saatlarının orta temperaturu +31 °C, akvatoriyada suyunun temperaturu isə 26–28 °C[5]

Bankə mərcan rifləri ilə əhatələnmişdur. Burada bitki örtüyü yoxdur. Ağac, kol və ot bitkiləri 1998-ci ildən yoza çıxmışdır. Yer üstü faunası yoxdur. Bununla belə sularında (lat. Callionymidae), (lat. Lophiiformes), (lat. Gobiidae), (lat. Triglidae), (lat. Octōpoda), (lat. Teuthida), (lat. Caridea) Skatlar, Krablar, Dəniz ilanları[3][4].

İnxibati bölgü

İnzibsti baxımdan ada Malayziyanın Sabah ştatı, Tavau vilayəti, Semporna dairəsi ərazosinə daxildir[3].

Əhəmiyyəti

1990-cı illərdə Kapalayın qumu tikinti materialı kimi satılırdı. Qum satışı bitdikdən sonra adada daimi yaşayışın olmadına baxmayaraq turizm inkişsf etməyə başlayır. Əsasən insanları zəngin sualtı aləm özünə cəlb edirdi. Üsdəlik dayvinq həvəskarları bura axışır[3][4].

2002-ci ildə SipadanLigitan adaları ilə bağlı yaranmış qeyri-müəyyənlik həl edildiyondən bölgənin inkişafına imkan yaranmışdır[6]. 2000-ci illərin sonu bölgə artıq turzim bölgəsi kimi məşhurlaşmışdır[3][4].

Adaların iki dövlət sərhədinə yaxın yerləşməsi ilə əlaqədar burada polis və sərhəd mühafizə orqanları fəaliyyət göstərir[7]<[8]

Nəqliyyat

Kapalay ilə əsas dəniz əlaqəsi Semporna limanından ilə həyata keçirilir. Yüklər və sərnişinlər iti kərəkətə malik katerlərlə daşınır.

İstinadlar