Kansay regionu

Yaponiyada region

Kansay regionu (関西地方, Kansai-chihō?) və ya Kinki regionu (近畿地方, Kinki-chihō?)Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.

Kansay regionun yerləşməsi
Kansay regionu Yaponiya xəritəsində
Yerləşməsi
ÖlkəYaponiya
AdaHonşu
Statistika
Sahə27335,11 km²
Əhali22757897[1] nəf.
   Əhali sıxlığı830 nəfər/km²
Prefekturalar7

Adı

Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.[2]

Kinki sözü kin (, yaxınlıq?) və ki (, İmperiya paytaxtı?) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.[3]

Coğrafiya

Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.

Parklar

  • İse-Şima Milli Parkı
  • Yoşino-Kumano Milli Parkı

Dağlar

  • Çuqoku dağların şərqi hissəsi

Göllər

Çaylar

  • Kuzuryu çayı
  • Kita çayı
  • Yura çayı
  • Yodo çayı
    • Yasu çayı
    • Katsura çayı
    • Kamo çayı
    • Kizu çayı
    • Doton çayı
  • Yamato çayı
  • Maruyama çayı
  • Kako çayı
  • İbo çayı
  • Kinokava çayı
  • Yamato çayı
  • Kumano çayı
  • Muko çayı

Əhali

Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.[4]

Tarix

Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.[5]

İstinadlar

Həmçinin bax