Kanal D

Kanal D1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.

Kanal D
Loqonun şəkli
21 aprel 2011-ci il tarixindən indiyə kimi istifadə edilən nişanə.
ÖlkəTürkiyə Türkiyə
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisiTürksat 4A peykinin əhatə dairəsi
DilTürk dili
Baş qərargahDoğan TV Center 34204, Bağçılar, İstanbul, Türkiyə[1]
Yaranma tarixi16 sentyabr 1993 (test yayımı)
19 dekabr 1993 (əsas yayım)
SahibiDoğuş Yayın Qrupu
(1993-1994)
Doğan Holdinq
(1994-2018)
Dəmirörən Holdinq
(2018-h.h.)
RəhbərlikMurat Sayqı
Keçmiş adlarıKanal D (Kanal Doğuş) (1993-1994)
ŞüarDoğru kanal, doğru seçim! (1993-1994)
Sizi Kanal D-də gözləyirik! (1994)
Bundan sonra "Kanal D"! (1995)
İlin kanalı - Kanal D! (1995-1996)
Türkiyə, Kanal D-ni izləyir. (1996-2001)
Kanal D - Yeni əsrin gənc kanalı! (2001-2002)
Hər kəs buradadır; sən haradasan? (2002-2004)
Türkiyənin kanalı (2004-2015)
D-li kimi sevmək ruhumuzda var! (2015-h.h.)
Qardaş kanallarRadio D (1994-h.h.)
Euro D (1996-h.h.)
CNN TürkHD (1999-h.h.)
CNN Türk Radio (2001-h.h.)
Dream TV (2003-h.h.)
Dream Türk (2003-h.h.)
Slow Türk (2005-h.h.)
T.A.Y. TV (2006-h.h.)
Kanal D (Rumıniya) (2007-h.h.)
D-SmartHD (2007-h.h.)
Cartoon Network (Türkiyə) (2008-h.h.)
Teve2HD (2012-h.h.)
Saytkanald.com.tr

Tarixçə

"Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi.

2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur.5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir.1 iyul 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.

Kanal D HD

Kanal D-nin HD kanalı 1 oktyabr 2006-cı il tarixində "DHD TV" adıyla yayıma başlamışdır.[2] Türkiyənin ilk HD kanalıdır. Bir müddət sonra yayımı dayandırılmışdır. Lakin 1 sentyabr 2008-ci il tarixindən etibarən təkrar yayımlanmağa başladı. 18 sentyabr 2014-cü il tarixində isə ödənişsiz yayıma keçmişdir.

Azərbaycanda

Telekanal 2000-ci illərin əvvəlində Bakıda da yayımlanmağa başlamışdı. Lakin 3 yanvar 2006-cı il tarixində Milli Televiziya və Radio Şurasının qərarı ilə Bakı yayımı dayandırılmışdır. Kanalın Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi var idi. Daha sonra isə 5 iyun 2015-ci il tarixində "CNN Türk" və "Samanyolu Haber" kanalları ilə birlikdə Azərbaycanda yayımı qadağan olunmuşdur. Buna səbəb olaraq həmin kanalların anti-Azərbaycan təbliğatı göstərilmişdir. Lakin həmin il Hürriyət qəzetində dərc olunan məqalələrdən bu təbliğatın anti-Azərbaycan olmadığı görülmüşdür.[3]

Günümüzdə yayımladığı serialları

  • Tezliklə: Annem, Ankara
  • Tezliklə: Güzel Aşklar Diyarı
  • Tezliklə: Pelin'nın Ayakkabı
  • 2024:- Yalan (Bazar Ertəsi 21:00)
  • 2024:- Taş Kağıt Makas (Sezon Arası)
  • 2024:- İnci Taneleri (Sezon Arası)
  • 2006:- Arka Sokaklar (Sezon Arası)

Loqolar

İstinadlar

Xarici keçidlər