Kametaro Toyama

Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro?, 23 oktyabr 186729 mart 1918)Yaponiya genetikizooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur.

Kametaro Toyama
Doğum tarixi23 oktyabr 1867(1867-10-23)
Vəfat tarixi29 mart 1918(1918-03-29) (50 yaşında)
Elm sahələriGenetika, Baramaçılıq
İş yeri
  • Tokio İmperiya Universiteti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur.[1] O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə[a] daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur.[2] 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur.[1] Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur.[2]

7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür.[2] Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir.[2] O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır. 1905-ci ilin sentyabrında Tokio Universitetinin Kənd Təsərrüfatı Kollecində işləməyə başlamış və 1908-ci ildə kollecin professoru olmuşdur.[2] 1910-cu ildə Yaponiya hökuməti tərəfindən baramaçılıq islahatları üçün İstehsal Sorğusu Komitəsinə dəvət olunmuşdur.[2]

Elmi töhfələri

Toyama tədbiqi yevgenika sahəsindəki araşdırmalarına və təcrübələrinə görə tanınır.[1] O, İşikava Çiyomatsunun himayəsi altında Tokyo Universitetinin Kənd Təsərrüfatı Kollecinin Zoologiya İnstitutunda ipəkqurdu spermatozoidinin inkişafını araşdırmış və "İpəkqurdu spermatozoidi haqqında" adlı dissertasiya işini tamamlamışdır.[2] Siamda olarkən yerli ipəkqurdu növlərini araşdırmış və irsiyyətin xromosom nəzəriyyəsini inkişaf etdirmişdir.[2] 1898–99-cu illərdə temperaturla baramaçılıq arasında əlaqə, ipəkqurdu yumurtalarının inkubasiyası, sürfə xəstəlikləri haqqında elmi işlər yazmışdır.[2] 1906-cı ildə "Həşəratların hibridologiyası haqqında araşdırmalar" adlı dissertasiya işi tamamlamışdır.[2]

Toyama ipəkqurdu cinsləri üzərində işləyərkən Mendel qanunlarının cücülərə tətbiq olunduğunu kəşf etmişdir.[1] O, mendelizmin yevgenika sahəsində tətbiqini dəstəkləmişdir.[1]

Qeydlər

İstinadlar

Ədəbiyyat