Kadi Borqes

Braziliyalı futbolçu
(Kadi (futbolçu) səhifəsindən istiqamətləndirilmişdir)

Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır.

Kadi Borqes
Kadi Luri Borges Malinovski
Ümumi məlumatlar
Tam adıKady Luri Borges Malinovski
Doğum tarixi (28 yaş)
Doğum yeriKuritiba
VətəndaşlığıBraziliya Braziliya
Boyu1,73
MövqeyiYarımüdafiəçi
Əsas ayağıSol
Klub haqqında məlumat
KlubRusiya Krasnodar
Nömrəsi20
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
2016–19BraziliyaKoritiba FK26 (3)
2019PortuqaliyaEstoril FK6 (1)
2020–21PortuqaliyaVilafranquense31 (5)
2021–2023AzərbaycanQarabağ FK36 (13)
2023–h.hRusiya Krasnodar26 (4)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şəxsi həyatı

2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub.[1]

Karyerası

Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.[2]

2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir.[2] Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.[3]

2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.[4]

Qarabağ

11 iyun 2021-ci ildə, Ağdamın Qarabağ klubu Kadi Luri Borges Malinovkini transfer etdiyini elan edir[5]. Futbolçu "Qarabağ"da 20 nömrəli forma ilə çıxış edir.

Futbolçunun Qarabağın heyətində debütu, 26 iyun 2021 tarixində Keşlə klubu ilə olan yoldaşlıq oyununda baş tutur. Futbolçu bu yoldaşlıq oyununda Qarabağın heyətində ilk qolunuda vurur.[6]

Kadinin Qarabağın heyətində rəsmi oyunda debütu isə, 22 iyul 2021-ci il tarixində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ — Aşdod" oyununda baş verir.[7] Futbolçunun Qarabağın heyətində rəsmi oyunlarda ilk qolu isə, yenə UEFA Konfrans Liqasının oyunlarında, bu dəfə 3-cü təsnifat mərhələsində baş tutmuş "Qarabağ — AEL" oyununun 87-ci dəqiqəsində qeydə alınır.[8]

Futbolçunun Azərbaycan çempionatında debütu isə 14 avqust 2021-ci il tarixində keçirilmiş Zirə — Qarabağ oyununda baş verir. Futbolçu çempionatda ilk qolunu isə 25 oktyanr 2021-ci ildə Səbail klubu ilə səfər oyununda vurur.[9]

16 sentyabr 2021-ci ildə Qarabağın heyətində avrokubokların qrup oyunlarında debüt edir.[10] Bu UEFA Konfrans Liqasının ilk turunda baş tutmuş Qarabağ — Bazel oyununda baş verir.[11]

Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol, turnirdə həftənin ən yaxşı qolu seçilir.[12][13] Bu qol həm də Konfrans Liqasının 2021/22 mövsumundə qrup mərhələsində vurulan ən yaxşı qol adına namizəd olur.[14]

Krasnodar

30 dekabr 2022-ci ildə, mətbuatda "Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borgesin transferi ilə bağlı razılıq əldə etmələri və futbolçunun 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacağı haqqında məlumat peyda olur.[15] 4 yanvar 2023-cü ildə "Qarabağ" klubu futbolçunun "Krasnodar" klubuna satıldığını rəsmən elan edir.[16]

5 yanvar 2023-cü ildə Kadinin yeni klubu ilə illik 2 milyon avro maaş ilə 3 illik müqavilə bağlayacağı bilinir.[17][18]

İştirak statistikası

Sonuncu dəfə 7 yanvar 2024 tarixində yeniləndi''.[19]
İllər və klublara görə oyun və qol sayı
İllərKlubOyunQol
2023-h.hKrasnodar327
2021–23Qarabağ7528
2019–21Vilafranquense335
2019Eştoril61
2016–19Koritiba314

Uğurları[20]

Klub

Qarabağ

Şəxsi

İstinadlar