Kabiriyanın gecələri (film, 1957)

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Kabiriyanın gecələri
it. Le notti di Cabiria
Janrdram filmi
Əsas mövzufahişəlik
Rejissor
Prodüser
Ssenari müəllifləri
Baş rollarda
Operatorlar
Bəstəkar
DistribütorParamount Pictures, Netflix
İlk baxış tarixi10 may 1957, 27 may 1957, 16 oktyabr 1957, 28 oktyabr 1957[1]
Müddət111 dəq.
Ölkələr
Dilitalyan dili
Rəngağ-qara[d]
IMDbID0050783
MükafatlarıƏn yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi.

Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin.

Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir. Kabiriya həyatını düzəltmək üçün yaxşı fürsət yarandığına sevinir. Və bu xoşbəxtliyin qanadlarında heç bir əlavə şey düşünmədən Oskara aşiq olur. Kabiriya öz evini satır və bütün pulları öz sevgilisinin ayağına gətirir.

Lakin Kabiriya heç ağlına belə gətirə bilməzdi ki, qarşıda onu nə gözləyir. Taleyin növbəti qəddar zərbəsi Kabiriyanı daxilən məhv edir. Filmin sonunda bütün əzablara baxmayaraq, Kabiriya üzündə təbəssüm yoluna davam edir.

1958-ci ilin "Oskar]" mükafatı

mənbəni redaktə et
Xarici dildə ən yaxşı filmə görə
Ən yaxşı aktrisa – Cülyetta Mazina
Xüsusi mükafat – Federiko Fellini

Filmin heyəti

mənbəni redaktə et

Film üzərində işləyənlər

mənbəni redaktə et
Ssenari müəllifləri: Federiko Fellini, Ennio Flayano, Tullio Pinelli, Pyer Paolo Pazolini
Rejissor: Federiko Fellini
Operator: Aldo Tonti
Bəstəkar: Nino Rota
Prodüser: Dino de Laurentis
Cülyetta Mazina – Kabiriya
Fransua Perye – Oskar D'Onofrio
Franka Marsi – Vanda
Amedeo Nadzari – Alberto Ladzari
Aldo Silviani
Dorian Qrey-Cessi
Mario Passanti

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu