K-9 (film)

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
K-9
ing. K-9
JanrKomediya
RejissorRod Deniel
ProdüserlərÇarlz Qordon
Lourens Qordon
Lloyd Levin
Stiven Siqel
Donna Smit
Ssenari müəllifləriStiven Siqel
Skott Mayers
Baş rollardaCeyms Beluşi
Mel Harris
OperatorDin Semler
BəstəkarMaylz Qudman
RəssamlarCorc Kostilyo
Cey Burkherdt
Eylin Kennedi
Mariya Rebman Kazo
İstehsalçıGordon Company
DistribütorUniversal Pictures, Netflix
İlk baxış tarixi1989
Müddət102 dəqiqə
ÖlkələrABŞ ABŞ
Dilİngilis dili
İl1989
Rəngrəngli
Çəkiliş yeriSan-Dieqo
IMDbID0097637

К-9 (ing. K-9) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin adı olan "K-9" sözünün transkripsiyası ("['keɪnaɪn]"), ingiliscədən "canine", yəni "İt işi" sozünə bənzəyir. Şimali Amerikada xidməti itləri bəzən "K-9" ləqəbi ilə adlandırırlar. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. Film ilk dəfə ABŞ-də 28 aprel 1989-cu il tarixində göstərilmişdir. Filmin gəliri təxminən $78 247 647 ABŞ dollarıdır.[1]

San Diyeqonun polislərin biri olan detektiv Maykl Duli sevdiyi şəxs olan Treysi ilə əlaqə saxlamaq üçün digər avtomobildən ona zəng edir. Danışdığı müddətdə, qəflətən təyyarə peyda olur və onun avtomobilinə atəş açır. Avtomobil partlayır və təyyarədəki şəxslər Mayklın öldüyünü zənn edib, buranı tərk edirlər. Maykl Duli digər avtomobildə bu hadisəni müşahidə edir və dərhal polis məntəqəsinə yollanır. Polis məntəqəsində kapitanı ilə mübahisə edərək, həmkarla birlikdə işləməsinə etiraz edir və baş verən hadisəni təkbaşına araşdırmağa qərar verir. Freddi adlı küçə oğrusundan mafiya bandası haqqında bir sıra məlumatlar əldə edir. Bir müddət sonra özünə köməkçi olaraq, alman növünə məxsus Cerri Li adında bir it götürür. Amma ilk günlərdə Maykl və Cerri Li bir-biri ilə xoş davranmırlar.

Cerri Li heç kəsə tabe olmayan və yalnız bildiyi kimi hərəkət edən itdir. Bu isə Maykla heç də xoş gəlmirdi. Bir müddət sonra Cerri Li ona Barda hücum edən narkomanların müqavimətini dəf etməyə kömək edir. Lakin onlar arasında olan mənfi münasibət dəyişmir. Bu müddətdə mafiya bandasının başçısı Laymen Freddini öldürərək, dostu Dillona Maykl Dulinin öldürülməsini tapşırır. Maykl iti ilə birgə evə qayıdan zaman Cerri Li Treysi ilə çox mülayim davranır. Qarşılıqlı olaraq bu it Treysinin də çox xoşuna gəlir. Treysinin Cerri Li ilə yaxşı davranması Mayklın xoşuna gəlmir. Həmin gecə Maykl Cerri Lini həyətdə saxlayır. Lakin bu müddətdə Cerri Li Mayklın Treysi ilə münasibət qurmağına böyük maneəçilik törədir. Sonda isə Cerri Li onların otağına daxil olaraq Mayklı qəzəbləndirir. Sabahısı gün Cerri Li Maykla hücum edən oğrunun müqavimətini dəf edir. Bu andan etibarən Mayklın qəzəbi Cerri Liyə qarşı mənfi münasibəti azalır.

Günlərin birində gecə vaxtı Maykl Treysinin qaçırıldığı xəbərini alır. Maykl bu işdə Laymenin olduğunu başa düşür. Laymenin şam mərasimini pozduğuna görə Maykl və Cerri Li həbs edilirlər. Lakin onlar polis maşınında olan zaman polislərin müqavimətini dəf edərək, maşınla Treysini xilas etmək üçün yola düşürlər. Bir müddət sonra Maykl Laymen Treysini əsir tutduğunu görür. Maykl Laymenə, burada saxladığı yük maşınının içində böyük həmcdə narkotik maddələrin və partlayıcının olduğunu bildirir. Maykl ondan Treysini azad etməsini istəyir. Laymen ona şübhə yanaşmasına baxmayaraq, bu müddətdə əraziyə təyyarə gəlir. Təyyarədəki şəxslər isə həmin maddələrin əvəzində Laymenə pul ödəyəcəkdirlər. Maykl Laymenə bildirir ki, Treysini ona geri qaytarmasa, yük maşınını partladacaqdır. Laymen Treysini azad etməyə məcbur olur. Lakin bu zaman Laymen onun əlindəki qurğunun yalançı olduğunu başa düşür və onun həmkarı Dillon onlara qarşı atəş açmağa başlayır. Bu zaman Maykl Dillonu öldürür. Laymen vertolyota tərəf qaçan zaman onu tutmağa çalışan Cerri Li onu təqib edir. Laymen ona atəş açır və Cerri Li ağır yaralanır. Bunu görən Maykl qəzəblənərək çoxlu sayda Laymenə atəş açır. Çoxlu sayda açılan atəş zamanı güllələr hədəfinə tam dəqiqliyi ilə dəyir və Laymen ölür. Bu hadisədən sonra Maykl Cerri Lini xəstəxanaya aparır. Maykl çoxlu israr etdikdən sonra həkimlər onun əməliyyat etmələrinə kömək edirlər. Əməliyyatdan sonra Maykl Cerri Linin öldüyünü zənn edir. Lakin Maykl Cerri Linin yalandan özünü ölülüyə vurduğunu görərək, yenidən qəzəblənir. Sonda Maykl, Treysi, Cerri Li və onun sevgilisi digər növ itlə birlikdə, tətilini Las Veqasda keçirmək üçün səyahətə yollanırlar.

AktyorRol
Ceyms BeluşiDetektiv Maykl Duli
KotonCerri Li
Mel HerisTreysi
Kevin TayLaymen
Uilyam SadlerBill Sadler
Ed O'NeylBrenniqan
Devid HaskellHəkim
Qotter SmitCilyam
Cetms HendiBayers
Con SnayderFreddi
Şerman HovardDillon

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu