Kəbirli mahalı

Kəbirli mahalıQarabağ xanlığının mahallarından biri.

İlk dövrlərdə Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Buna görə də Pənahəli xanın əmri ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu.[1][2][3][4][5][6]

Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülmüş, divarların ətrafında isə düşmən hücumu zamam su ilə doldurulması nəzərdə tutulan dərin xəndəklər qazılmışdı. Mir Mehdi Xəzani yazır:[7]

"Bayat qalası indi Kəbirli mahalındadır, bina qoyub və təcil ilə bir az zamanla hasar çəkib və möhkəm xəndək və bazar və məscid və hamam təmir edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və ətrafdan hətta Təbriz və Ərdəbil və Qaradağ əhllərindən əhli-sənət olan xalq-lardan həm götürüb orada qəsəbə və şəhər kimi məğam bina eylədi..."

Həmçinin bax

İstinadlar

Ədəbiyyat