Könül Hüseynova

Azərbaycan pianoçusu, pedaqoqu və bəstəkarı

Könül Qabil qızı Hüseynova — Azərbaycan pianoçusu, pedaqoqubəstəkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru; Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru.[1]

Könül Hüseynova
Könül Qabil qızı Hüseynova
Konsert öncəsi
Konsert öncəsi
Digər adıKönül Atakişiyeva
Doğum tarixi8 yanvar 1981(1981-01-08) (43 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR
VətəndaşlığıAzərbaycan
Həyat yoldaşıRəşad Atakişiyev
AtasıQabil Hüseynli
MilliyyətiAzərbaycanlı
Diniİslam
Təhsili
FəaliyyətiBəstəkar - pianoçu
Elmi dərəcəsisənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi adıProfessor
MükafatlarıTərəqqi medalı, Humay mükafatı

Təhsili

1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına məktəbin “Fəxri fərmanı” ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Yuri Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil müəssisəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müvəf­fəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2008-ci ildə BMA-nın assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir.

Pedaqoji fəaliyyəti

2004-cü ildən Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır.

2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

2024-cü ilin iyulundan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktorudur.[2][3]

Elmi və yaradıcılıq fəaliyyəti

22 çap vərəqi həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "Robert Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin,  “prof. Y. Sabayevin metodikası”,  “Robert Şumanın “Simfonik etüdlər” silsiləsinin ifaçılıq xüsusiyyətləri” və s. mövzuları əhatə edən elmi əsərlərin müəllifidir və hazırda yeni elmi tədqiqat mövzuları, həmçinin doktorluq dissertasiyası üzərində işlərini davam etdirir. 30-dan artıq elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

Fərhad Bədəlbəyli yaradıcılığının sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.

2019-cu ildə Əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın həyat və yaradıcılığını əks etdirən kitabın və bu mövzuda çəkilmiş “Qəlbimizdə yaşayan insan” sənədli filminin ssenari müəllifi olaraq səsləndirilməsini də həyata keçirmişdir.[4][5]

R. Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R. Leonkovallonun "Məzhəkəçilər" operası (2015), Ş. Qunonun “Faust” operasından səhnələr (2018), Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş (2023), Gənclər gününə həsr olunmuş “İstedadlı gənclərin musiqi dünyası” (2024) adlı irihəcmli opera səhnələrindən və instrumental musiqidən ibarət və b. konsert-layihələrini tələbələri ilə birlikdə təqdim etmişdir. K. Hüseynovanın tələbələri Beynəlxalq və Resbublika müsabiqələrinin laureatlarıdırlar.

Son zamanlarda vətənpərvərlik mövzusunda ciddi bəstəkarlıq fəaliyyəti ilə məşğul olur. Onun 2020-ci ilin noyabr ayında Azərbaycan şəhidləri və Azərbaycan Ordusunun ermənilər üzərində qazandığı qələbələrə həsr edilmiş, söz və musiqisinin özünə məxsus olduğu, Xalq artistləri Fidan HacıyevaSamir Cəfərovun ifasında “Yenilməzsən Azərbaycan” musiqili layihəsi təqdim olunub.[6][7] Bunlardan əlavə bu mövzuda “Şəhidlik zirvəsində”(söz. Xalq şairi Vahid Əziz)[8], “Şuşam mənim” (söz. Vahid Əziz)[9], ”Murov qartalı” ( söz. Könül Hüseynova)[10][11]  “Zəfər”(söz. Ramiz Abdullayev), “Yuxunda görmüsən” ”(söz. V. Əziz)[12] , “Qəhrəman övladıyıq” ( söz. K. Hüseynova), “Qoruyaq dünyamızı” (söz. V. Əziz),  “Vətən qəhrəmanı” (söz. V. Əziz), “Azərbaycan əsgəri” (söz. H. Mansurov) mahnıları  da məşhur ifaçılar tərəfindən ifa olunur. Bu mahnılardan əlavə müxtəlif mövzuları əks etdirən  “Deyəsən” (söz. V. Əziz),  “Fərəh” (söz. K. Hüseynova), “Oğlum” (söz. K. Hüseynova) mahnıların da müəllifidir.

Mükafatları

1996-98-ci illərdə N. Əliverdibəyov adına pianoçuların ümumşəhər müsabiqəsinin diplomantı, “Azərbaycan musiqisi” festivalının laureatı olub.

2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş “Elmi məqalələr müsabiqəsi”ndə diploma layiq görülmüşdür.

2007-ci ildə yazdığı “Musiqimizin Fərhadı” adlı monoqrafiyası[13] 2008-ci ildə Kitab nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür.

Azərbaycanın 4-cü prezidenti İlham Əliyev tərəfindən 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.[14][15]

Beynəlxalq müsabiqə

2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən Harmony XI  Beynəlxalq İfaçılıq müsabiqəsində fortepiano dueti nominasiyası üzrə 1-ci dərəcəli mükafata layiq görülərək qalibi olmuşdur. Elə həmin müsabiqə çərçivəsində keçirilən festivalda da müəllifi olduğu “Qoruyaq dünyamızı” əsəri ilə uğurla çıxış etmişdir.  Bu müsabiqə və festivalda Könül Hüseynovanın duet həmkarı Azərbaycan Respublikasının əməkdar artisti Nigar Məlikova idi. [16]

Konsertlər

Könül Hüseynova eyni zamanda solo və konsertmeyster kimi Azərbaycanda və xaricdə keçirilən konsertlərdə çıxış edir.

Fransanın paytaxtı Paris şəhərində Bakı Mədəniyyət Evinin konsert salonunda Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ilə birgə konserti (24 may 2022), Bakıda Beynəlxalq Muğam Mərkəzinin səhnəsində qardaşı, Almaniyada fəaliyyət göstərən pianoçu, Beynəlxalq müsabiqələr laureatı Toğrul Hüseynli ilə birgə “Romantik ruhun yüksəlişi” adlı konsert proqramları (23 dekabr, 2023) olub. Azərbaycanın böyük səhnələri — Heydər Əliyev Sarayı, Heydər Əliyev Mərkəzi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən konsert tədbirlərində[17] və b. böyük konsert salonlarında çıxışlar edib.

Beynəlxalq konfranslar

1. F.Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş elmi - praktik konfrans. “Fərhad Bədəlbəylinin ifaçılıq sənətinin xüsusiyyətləri” mövzusunda çıxış. 2017.

2. Əməkdar İncəsənət Xadimi , professor Nailə İbrahimovanın xatirəsinə həsr olunmuş “Azərbaycan konsertmeyster sənətinin inkişafında professor Nailə İbrahimovanın yeri və rolu” mövzusunda elmi - praktik konfrans. 2019.

3. “Şərq-Qərb Musiqi Mədəniyyətlərinin Dialoqları” adlı Beynəlxalq elmi-praktik konfrans. Bakı 2021.

4.“Şərq-Qərb Musiqi Mədəniyyətlərinin Dialoqları” adlı Beynəlxalq elmi-praktik konfrans. Bakı 2022.

5. “Rast Music Congress” adlı Beynəlxalq konfrans. Türkiyə - Antalya 2023.

6. “Şəxsiyyət- təhsil-yaradıcılıq” XXI əsrin musiqi mədəniyyətində mövzusunda I Beynəlxalq elmi-praktik konfrans. Qazaxıstan - Almatı 2024.

7. “Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” adlı beynəlxalq elmi - praktiki konfrans. Bakı 2024.

Şəxsi həyatı

Azərbaycanlı siyasətçi, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin qızıdır.[18]

2019-cu ildə Xəzər dənizində baş vermiş təyyarə qəzasında həlak olmuş Azərbaycanın hərbçi-pilotu polkovnik-leytenant şəhid Rəşad Atakişiyevin həyat yoldaşı idi, 2 oğlu var.[19][20]

İstinadlar

Mənbə

Xarici keçidlər