Juninyo

Olavio Juninyo və ya tam adı Olavio Vieira dos Santos Junior (21 noyabr 1996[1], Pitanqi[d], Minas-Jerays) — Braziliyalı peşəkar futbolçu. Azərbaycanın Qarabağ klubunda çıxış edir. Əsasən, hücumçu və sağ vinger mövqelərində çıxış edir.

Olavio
Olavio Vyera dos Santos Junior
Ümumi məlumatlar
Doğum tarixi (27 yaş)
Doğum yeriPitanqi, Braziliya
VətəndaşlığıBraziliya Braziliya
Boyu179
Mövqeyihücümçü
Klub haqqında məlumat
KlubQarabağ
Karyerası
Gənclik karyerası
2013–14Atletiko Paranaense
Klub karyerası[* 1]
2015–20Atletiko Paranaense7 (0)
2015→ Quaratingeta (icarə)7 (2)
2016→ Portimonense (icarə)1 (0)
2017→ Brasil de Pelotas (icarə)19 (1)
2018→ Novorizontino (icarə)0 (0)
2018→ Figueirense (icarə)25 (2)
2019→ Vila Nova (icarə)5 (1)
2019–20→ Estroil (icarə)24 (6)
2020–23Çaves76 (13)
2023–Qarabağ35 (20)

Karyera

Karyerasına 2014-cü ildə, yetirməsi olduğu Braziliyanın "Atletiko Paranaense" klubunda başlayır. 1 fevral 2015-ci il tarixində baş tutmuş "Kaskavel" — "Atletiko Paranaense" oyununda, əvəzetmədən meydana çıxaraq, debüt edir.[2] Ancaq sonradan "Atletiko Paranaense" klubunda əsas heyətə düşə bilməyən gənc futbolçu, 2015-ci ildə, "Braziliya C Seriyası"nda yarışan "Quaraçengeta" klubuna icarəyə verilir.

2016-cı ildə Olavio Juninyo icarədən qayıtdıqdan sonra təkrar icarəyə göndərilir. Futbolçunun yeni klubu "Portuqaliya Sequnda Liqsaı"nda yarışan "Porçimonense" klubu olur. Bu klub futbolçunun karyerasında ilk Avropa klubu olur.

2016-cı ildə futbolçu "Atletiko Paranaense" klubuna qayıdır. Klub ilə Braziliya A Seriyasında 7 oyunda meydana çıxır ancaq fərqlənə bilmir.

2017-ci ildə "Brazil De Pelotas" klubuna icarəyə verilir. Burada müxtəlıif turnirlərdə meydana çıxdığı 28 oyunda 2 qol vurur.

Sonralar futbolçu Braziliyada "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarına icarəyə verilir, ancaq onların heç birində möhkəmlənə bilmir.

2019-cu ildə futbolçu ikinci dəfə Avropadan dəvət alır. "Portuqaliya Sequnda Liqası"nda yarışan "Eştroil" klubu futbolçunu 1 illik icarəyə götürür. Burada meydana çıxdığı 26 oyunda 6 qol vurur. Mövsüm sonunda icarə müddəti başa çatdıqdan sonra "Atletiko Paranaense" klubuna qayıdır.

19 okrtabr 2020-ci ildə Portuqaliyanın "Şaviş" klubuna transfer edilir və klubla 4 illik müqavilə imzalayır.[3] Burada 3 il top qovan futbolçu, bütün turnirlərdə meydana çıxdığı 79 oyunda 13 qol vurur.

24 iyun 2023-cü ildə Portuqaliyanın "O Jogo" nəşrində futbolçunun "Qarabağ"a transfer olacağıyla bağlı məlumat yayılır.[4] 25 iyun 2023-cü ildə futbolçunun "Qarabağ" klubuna atransfer olunduğu rəsmən elan edilir.[5][6] "Qarabağ" bu transfer üçün qarşı tərəfə 450 min avro təzminat ödəyir.[3] Juninyo yeni klubu ilə 3 illik müqavilə imzalayır.[7] Əvvəlki klublarında əsasən sağ cinah vingeri kimi oynayan Juninyo "Qarabağ"da əsasən mərkəz hücümçüsü kimi oynamağa başlayır.

Olavio Juninyonun "Qarabağ"ın heyətində debüt oyunu, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutmuş "Qarabağ" — "Rakuv" oyununda baş tutur. 2 avqust 2023-cü ildə Bakıda keçirilmiş oyunun 70-ci dəqiqəsində Yassin Benzianın əvəzinə meydana çıxaraq "Qarabağ" formasıyla ilk rəsmi oyununda iştirak edir.[8]

Futbolçunun "Qarabağ"ın heyətində ölkə çempionatında debütü isə, Azərbaycan çempionatının 2023/24 mövsümünün ilk turunda, Zirə klubu ilə görüşdə baş tutur. Oyunun 61-ci dəqiqəsində Redon Cicanı əvəzləyərək meydana daxil olur.[9]

10 avqust 2023-cü ildə, UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyun günündə baş tutmuş, "Qarabağ" — "HİK" oyunun 85-ci dəqiqəsində fərqlənərək, "Qarabağ"da ilk qolunu vurur. Juninyonun "Qarabağ"la ölkə çempionatında ilk qolu isə, "Azərbaycan Premyer Liqası"nın 2023/24 mövsümünün 2-ci turunda baş tutmuş, "Qarabağ" — "Turan" oyununun 30-cu dəqiqəsində vurur.[10]

Karyera statistikası

1 iyun 2024 tarixində yenilənib[11]
KlubMövsümLiqaDövlət LiqasıKubokQitəDigərToplam
DvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Atletiko Paranaense2015Seriya A4040
20167040110
Toplam704040150
Quaratingueta (icarə)2015C seriyası7272
Portimonense (icarə)2015–16LigaPro1010
Braziliya de Pelotas (icarə)2017B seriyası1916031282
Novorizontino (icarə)2018D seriyası134134
Fiqeyrense (icarə)2018C Seriyası252252
Vila Nova (icarə)2019B Seriyası512040111
Estroil (icarə)2019–20Primeira Liga24610256
Çaves2020–21Primeira Liga20800208
2021–22Primeira Liga26110271
2022–23Primeira Liga30420324
Toplam7613307913
Qarabağ Ağdam2023–24Azərbaycan Premyer Liqası3520441564223
Karyerasında toplam228502541841563131465

Uğurları

Klub

Qarabağ

Fərdi

  • Azərbaycan Premyer Liqasında mövsümünün ən yaxşı bombardiri: 2023/24[12]
  • Azərbaycan Premyer Liqasında mövsümünün ən yaxşı oyunçusu: 2023/24[13]

İstinadlar