Juenvil adası

Juenvil adası[1][2] (ing. Joinville Island) — Juenvil arxipelaqına daxil olan iri ada. Antarktik yarımadasından şimal-şərqində yerləşir. Yarımadadan Antarktik boğazı ilə ayrılır.

Juenvil adası
ing. Joinville Island
Ümumi məlumatlar
Sahəsi1607 km²
Uzunluğu
  • 74 km
Eni22 km
Hündür nöqtəsi825 m
Əhalisi0 nəfər (2012-ci il)
Yerləşməsi
63°15′00″ c. e. 55°45′00″ q. u.
Ölkə Antarktida
Akvatoriya
Juenvil adası xəritədə
Juenvil adası
Juenvil adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın uzunluğu 74 km, eni isə 22 km təşkil edir. Adanın sahəsi 1607 km²-dir. Ən hündür nöqtəsi 825 metrdir. Ada ilk dəfə 1838-ci ildı Jyul Dümon-Dürvil tərəfindən kəşf edilmişdir. Ada I Lui Filipin üçüncü oğlu Fransua Orleanın şərəfinə adlandırılmışdır[3].

İstinadlar