Joan Miro

Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[2][3][…], Barselona[2][4][…]25 dekabr 1983[3][5][…], Palma-de-Malyorka[6][7][…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib.

Joan Miro
isp. Joan Miró i Ferrà
Joan Mironun Karl Van Vexten tərəfindən çəkilmiş portreti, 1935-ci il, 13 iyun, Barselona.
Joan Mironun Karl Van Vexten tərəfindən çəkilmiş portreti, 1935-ci il, 13 iyun, Barselona.
Doğum tarixi
Doğum yeriBarselona, Kataloniya, İspaniya
Vəfat tarixi (90 yaşında)
Vəfat yeriPalma, Malyorka, İspaniya.
Dəfn yeri
  • Monjuik qəbiristanlığı[d][1]
Milliyyətiispan
Vətəndaşlığıİspaniya İspaniya
Fəaliyyətirəssam, litoqraf, keramikaçı, heykəltaraş, poçt markası dizayneri[d], dizayner, səhnə dizayneri, qrafika ustası[d], vizual incəsənət rəssamı
Janrlarrəssam, heykəltaraş, divar rəssamlığı, keramikaçı
Stillərsürrealizm, dadaizm, fərdi, eksperimental
Üzvlüyü
Mükafatları"Fəxri legion" ordeni kavaleri "Katolik İzabella" ordeninin böyük xaçı "Müdrik X Alfonso" ordeninin böyük xaçı "Turistik xidmətlərə görə" qızıl medalı "Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı
Kataloniya Parlamentinin qızıl medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dona i Ocell, 1982-ci il, Barselona, İspaniya.

Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur  “rəssamlığın sui-qəsdi”-ni elan etdi.[8] 

Həyatı

Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur.[9] Miro adının kökü qədim yəhudilərə gedib çıxır.[10][11] Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi.[12] O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi.[9]

Karyerası

Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir. o, yeniyetmə olarkən kargüzar kimi iş karyerasına başladı, lakin sinir probləmləri ilə rastlaşdıqdan sonra biznes dünyasını tamamilə tərk edərək incəsənətə başladı.[13] İlkin rəssamlıq karyerası Barselonada nümayiş edilən FovizmKubizm cərəyanlarından təsirlənmişdir.  Mironun əsərlərini tədqiq edən alimlər onun əsərlərinin avanqard üslubunu yazdığı dövrünü Katalan Fovist dövrü adlandırdılar.[14]

Əsərlərin satışı

Bu gün Mironun rəsm əsərlərinin qiyməti 250 000 və 26 milyon dollar arasında dəyişir; 2008-ci ilin may ayının 6-da bir auksionda “Ulduzların ehtirası” (La Caresse des étoiles) əsərinin qiyməti 17 milyon dollar müəyyənləşdirilmişdir.[15] 

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər