Jan Mari Rolan de La Platyer

Jan Mari Rolan de La Platyer (fr. Jean-Marie Roland de La Platière; 18 fevral 1734[1][2][…], Thizy[d][3][4]10 noyabr 1793[2], Radepont[d][5][4]) — Fransa alimi və siyasətçisi. Fransa inqilabı dövründə, jirondist hökumətlərində daxili işlər naziri (mart–iyun 1792, avqust 1792–yanvar 1793).

Jan Mari Rolan de La Platyer
fr. Jean-Marie Roland de La Platière
Şəxsi məlumatlar
Doğum tarixi18 fevral 1734(1734-02-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi10 noyabr 1793(1793-11-10)[2] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbiqanitirmə[d]
Partiya
Fəaliyyətisiyasətçi, iqtisadçı, yazıçı, ədib
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lionda istehsalat müfəttişi olmuş, orada yakobin klubu təşkil etmişdir. Daha sonra jirondist olmuş və 1792-ci ildə daxili işlər naziri kimi xidmət etmişdir. O, yakobinlərin qələbəsindən sonra Normandiyaya qaçmışdır. Burada onunla fəal əməkdaşlıq edən həyat yoldaşı Janna Manon Filiponun yakobinlərin əli ilə edam edildiyini öyrəndikdən sonra 15 noyabr 1793-cü ildə intihar etmişdir.[6]

Əsərləri

  • «Mémoire sur l'éducation des troupeaux» (1779)
  • «Dictionnaire des manufactures» (1785)
  • «L’Art du fabricant d'étoffes de laine» (1780)
  • «Fabricant de velours» (1780–1783), «L’Art du tourbier».

İstinadlar

Əlavə ədəbiyyat