Jak Andre Nejon
Jak Andre Nejon (fr. Jacques-André Naigeon; 15 iyul 1738, Paris - 28 fevral 1810, Paris) — fransız materialist filosofu və ateisti. Katolik kilsəsinə qarşı mübarizə aparmışdır.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Jacques-Andr%C3%A9_Naigeon.jpg/220px-Jacques-Andr%C3%A9_Naigeon.jpg)
Nejonun dünyagörüşü bilavasitə Didronun təsiri altında təşəkkül tapmışdır. Didro onu "Ensklopediya"da işə cəlb etmişdi. İdrak nəzəriyyəsində Nejon materialist sensualizmə tərəfdar olmuşdur. 1768-ci ildə "Döyüşçü filosof" ("Allahsız əsgər") əsərini nəşr etdirmişdir. Bu əsərdə Nejon sübut edirdi ki, bütün dinlər yalandır, qorxu hissinə əsaslanmışdır. Allah yalnız kölələri qorxutmaq üçün uydurulmuşdur.
Nejon Holbaxın "Təbiətin sistemi" əsərinin redaktəsində iştirak etmiş və onunla birlikdə "Cib ilahiyyatı" lüğətini yazmışdır.
🔥 Top keywords: Ana səhifəUEFA Avro 2024Qurban bayramıMübariz İbrahimovBayram namazıXüsusi:AxtarXüsusi:SonDəyişikliklərAzərbaycanFayl:Jön Türk Komitesi 1909.jpg1980-ci illər Azərbaycan filmlərinin siyahısıAzərbaycan əlifbasıUEFA Avropa ÇempionatıMirkazım KazımovHeydər ƏliyevKateqoriya:Əlifba sırasına görə futbolçularHəkimlər GünüSəhiyyə İşçiləri GünüAzərbaycanın dövlət bayramları və xüsusi günləriKateqoriya:Kişi adlarıBakı17 iyunMorze əlifbasıKarles Puçdemon18 iyunƏlifbaİlham ƏliyevQarabağ UniversitetiGənc türklərÖlkə paytaxtlarının siyahısıİslamda oral seksXəzər dəniziMəhəmmədVasif MəmmədzadəRumıniyaNiyaməddin MusayevAvstriyaAzərbaycanın inzibati bölgüsüFayl:A. F. Lydon Robinson Crusoe Plate 03 (1865).JPGUEFA Avro 2020