IPhone 5S

iPhone 5S - Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon.

iPhone 5S
aşağı=
BrendApple Inc.
Rəngboz, Gümüşü
İstehsalçıFoxconn
Şüar"Progress is a beautiful thing."
Seriya7-ci nəsil
Mobil şəbəkəGSM, CDMA, 3G, 4G, EVDO, HSPA+, LTE
Buraxılış tarixi20 sentyabr 2013
SələfiiPhone 5
XələfiiPhone 6 / İPhone 6 Plus
Əlaqəli modelləriPhone 5C, Apple Watch
TipAğıllı Telefon
Ölçüləri123,8 mm uzunluq
58,6 mm en
7,6 mm qalınlıq
Çəkisi112 qram
Əməliyyat sistemiOrjinal: iOS 7.0
Yeniləmə: iOS 8.1.2
Çip sistemiApple A7 prosessor, Apple M7 hərəkət sensoru
CPU1.3 GHz iki nüvəli Apple Cyclone
GPUPowerVR G6430 (4x@450 MHz)
Operativ yaddaş1024 MB, LPDDR3 RAM
Yaddaş16, 32, 64 GB
Batareya1560 mAh (5.92 Whr)
Ekran1136x640 piksel, 326 ppi, 4 inç Retina Ekran
Arxa kamera8 meqapiksel, iSight
Ön kamera1.2 meqapiksel, iSight
BağlantıBluetooth 4.0, Wi‑Fi 802.11a/b/g/n
SAR1.19 W/kg
Veb səhifəiPhone 5S

iPhone 5S smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən ağıllı telefon qara, gümüş və qızıl rəngli korpuslarda tədarük edilib. Smartfonun əsas özəlliklərindən biri dünyada ilk dəfə olaraq Touch ID adlanan barmaq izi skanerini dəstəkləyən telefon olması və eləcədə dünyanın ilk 64 bit memarili Apple A7 prosessoru ilə təchiz olunmasıdır. Aparatda fotosessiya və 1080p (30 fps) formatında videoçəkiliş funksiyaları mövcuddur.

iPhone 5S batareyasının tutumu 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir.[1] ABŞ-də abunə müqaviləsi ilə satılan 16 giqabaytlıq yaddaşa malik iPhone 5S-in qiyməti 199 dollar, 32 giqabaytlıq 299 dollar, 64 giqabaytlıq isə 399 dollardır.[2] Smartfonda ən bahalı detal displeydir. iPhone 5S-in displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.[3]

iPhone model siyahısı

Həmçinin bax

İstinadlar

Xarici keçidlər