II Sever

Flavi Valeri Sever (lat. Flavius Valerius Severus), Roma tarixşünaslığında daha çox II Sever[1] (III əsr, İlliriyasentyabr 307, Ravenna) — 306-307-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.

II Sever
306 – 307
Şəxsi məlumatlar
Doğum tarixiIII əsr
Doğum yeri
Vəfat tarixisentyabr 307
Vəfat yeri
Vəfat səbəbiqanitirmə[d]
Fəaliyyətisiyasətçi
AiləsiTetrarxiya
DiniQədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sever İlliriya vilayətindən idi və imperator Qalerinin sevimlisi sayılırdı. 305-ci ildə Diokletian taxtdan imtina etdikdən sonra sezar titulu almışdır. 306-cı ildə I Konstansi vəfat etmiş, Qaleri Severi avqust rütbəsinə yüksəltmişdir və onu həmimperator elan etmişdir. O, qərb vilayətlərini Severə vermək niyyətində idi, lakin xəbər gəldi ki, pretorlar Maksimian Herkulinin oğlu Maksensini Romada imperator elan etmişdi. Qaleri Severi bu üsyanı yatırmaq üçün göndərmiş və ona əvvəllər Maksimianın rəhbərliyi altında döyüşmüş legionları verdi. İtaliyada yeni imperatoru görən legionerlər onun tərəfinə keçmişdir. Sever buna görə də Romadan çəkilməli olmuşdur. O, Ravennaya qaçmış və Maksimian tərəfindən mühasirəyə alınmışdır. Yanında qalan bir neçə döyüşçünün artıq ona xəyanət etməyə hazır olduğunu görən Sever Maksimian lehinə könüllü olaraq hakimiyyətdən imtina etmişdir. O, əsir götürülmüş və Romada damarları kəsilmişdir.[2]

İstinadlar

Əlavə ədəbiyyat