Hveryon

Şimali Koreyada şəhər

Hveryon (kor. 회령시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahilində yerləşir, çayın digər sahilində isə Çin Xalq Respublikasının Cirin vilayəti yerləşir. Sanhe (çin. 三合鎮) qəsəbəsi Çində yerləşən ən yaxın yaşayış məntəqəsidir. Hveryon, Kim İr Senin ilk həyat yoldaşı və Kim Çen İrin anası Kim Çen Sukun doğum yeri olaraq qəbul edilir. Şəhər Yaponiya hakimiyyəti altında "Kayney" olaraq bilinirdi.

Şəhər
Hveryon
회령시
42°26′22″ şm. e. 129°45′00″ ş. u.
Ölkə Şimali Koreya
VilayətHamqyon-Pukto
Tarixi və coğrafiyası
Saat qurşağıUTC+8:30
Əhalisi
Əhalisi153,532[1] nəfər (2008)
Rəsmi diliKoreya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+850 49хххххх
Xəritəni göstər/gizlə
Hveryon xəritədə
Hveryon
Hveryon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərdən 20 km uzaqlıqda 22 saylı Konsentrasiya Mərkəzi (Hveryon Konsentrasiya Mərkəzi) yerləşir.[2][3].

Tarixi

Kim Çen Sukun doğum yeri.

Hveryon, öz xalqını Yalu çayının şimalında yaşayan düşmən köçəri xalq olan Çurçenlərdən qorumaq üçün Coson kralı Böyük Seconun (14181450) əmri ilə yaradılmış altı qarnizon məntəqələrindən (Hanqıl: 육진, Hansa: 六鎭) biri idi.

2007-ci ilin may ayının əvvəlində yeni təyin olunmuş KXDR baş naziri özüylə birlikdə Cənubi Koreyada hazırlanan 1 vaqonluq ekipaj və 3 vaqonluq sement gətirmişdir. Məhsulları Hveryon Xalq Komitəsinə göndərdikdən sonra komitə, Hveryon şəhərini Kim Çen Sukun doğulduğu yer olduğundan bəzəmək əmri vermişdir.

Həmin ay, Şimali Koreyanın yaxın tarixində ilk dəfə olaraq ictimai etiraz baş vermişdir. Konsentrasiya mərkəzinin bir gözətçisi, məhbuslardan birinə yemək verdiyinə görə, ailəsinin təhlükəsizliyi üçün Hveryon konsentrasiya mərkəzindən ayrılmağa məcbur edilmişdi.[4]

İnzibati bölgü

Hveryon şəhəri 19 tonqa (qonşuluq) və 28 riyə (kənd) bölünmüşdür:

  • Çunqdo-don
  • Çunqbon-don
  • Çiruolparil-dong
  • Kanqan-don
  • Kiyerim-don
  • Kunqsim-don
  • Manq yanq-don
  • Nammun-don
  • Osandok-ton
  • Pol-don
  • Saemul-don
  • Sanoop-ton
  • Seçoon-don
  • Sinçon-don
  • Sonçon-don
  • Subuk-ton
  • Tonmyon-don
  • Yokçon-don
  • Yuson-don
  • Çante-ri
  • Çanyo-ri
  • Hakpo-ri
  • Hanyon-ri
  • Honsal-li
  • İnqü-ri
  • Kesan-ri
  • Keha-ri
  • Kulsal-li
  • Kumsenq-ri
  • Musal-li
  • Namsal-li
  • Obonq-ri
  • Oriyu-ri
  • Panquol-li
  • Pyokson-ri
  • Punsal-li
  • Raksaenq-ri
  • Ryonçol-li
  • Saul-li
  • Sinhun-ri
  • Sonbun-ri
  • Sondun-ri
  • Sonhan-ri
  • Taedonq-ri
  • Toxun-ri
  • Uonsal-li
  • Yonsu-ri

İqtisadiyyat

Hveryonun əsas sənaye filialları mədən maşınları və kağız dəyirmanıdır. Bundan başqa, ərazidə çoxlu sayda mədən mövcuddur. KİV məlumatlarına görə, 2017-ci ildə Hveryonun adi sakinləri gündə 3-4 saat elektrik alırlar.[5]

Mənbə

İstinadlar

Ədəbiyyat

  • Dormels, Reyner. North Korea's Cities: Industrial facilities, internal structures and typification. (azərb. Şimali Koreyanın Şəhərləri: Sənaye obyektləri, daxili strukturlar və tipləşdirmə‎) Cimondan, 2014. ISBN 978-89-6297-167-5

Xarici keçidlər