Hindarx

Ağcabədi rayonunda qəsəbə


HindarxAzərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]

Hindarx
40°04′12″ şm. e. 47°12′17″ ş. u.
Ölkə Azərbaycan
RegionAğcabədi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü104 m
Saat qurşağı
Əhalisi
Əhalisi16.998 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ0415[1]
Xəritəni göstər/gizlə
Hindarx xəritədə
Hindarx
Hindarx
Hindarx xəritədə
Hindarx
Hindarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 oktyabr 2007-ci ildən Hindarx kəndi qəsəbə statusu almışdır və fəaliyyətini qəsəbə kimi davam etdirir. Hindarx qəsəbəsinin ərazisi 48.2 kv.km.-dir.

Toponimikası

Hindarx kəndi Ağcabədi rayonunun əhalisi ən çox olan yaşayış məntəqəsidir. Kəndin İsmayilovlar, tağılar, hacızeyinlilər, fərruxbəylilər, xəlilbəylilər, misiruşağılar, bəşirlilər, verdiyevlər, hacızeynallı, məşədiağauşağılar, umud yüzbaşılar, hacıcabbarlar, hümbətalılar, mirzəlilər, həsənqulular, səfilər, kəlbaallahverdilər, rzalılar, ədillilər, bayramlılar, davudlularl ceyranlı və s. nəsilləri vardır. Yerli məlumata görə, bu yaşayış məntəqəsi XVI əsrdə yaranıb. Guya dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yeznəsi olan bir nəfər hindli, Boyat kəndinin yaxınlığından indiki kəndin ərazisinə arx çəkdirmiş və həmin arxın ətrafında yaranan yaşayış məntəqəsi də onun şərəfinə Hindarx adlanmışdır. Sonralar hindarxlılarla Füzulinin atası Suleyman kişi arasında nifaq düşdüyündən o, kürəkənini bələdçiliyi ilə ailəsini də götürüb İraqa köçmüşdür.Çox güman ki, toponimin belə izahı xalq etimologiyasıdır. Digər bir yerli məlumata görə isə buraya Hind Vəli adlı bir nəfər arx çəkmiş və sonralar arx onun adı ilə əlaqədar olaraq Hindarx adlanmışdır.Arxın bir nəfər hindistanlı mühəndisin çəkməsi ilə əlaqədar belə adlanması haqqında rəvayət də vardır. Bəzi tədqiqatçıların fikrincə, Hindarx hidronimi sanskrit dillərindəki ind sözündəndir. İnd komponenti "Böyük çay" "əsas çay" anlamındadır. Hindarx toponiminin elmi izahı hələ dəqiq müəyyənləşdirilməmişdir.[3]

Əhalisi

Əhalisi 16.998 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır 4 min 507 hektar ərazisi, Hindarx qəsəbəsində 1 tam orta, 2 ümumi orta məktəb, 1 uşaq bağçası, 2 kitabxana, 3 klub, uşaq musiqi məktəbi, 25 çarpayılıq xəstəxana, rabitə şöbəsi, poçt filialı və digər xidmət sahələri fəaliyyət göstərir.[4]

Arxeoloji abidələri

Tunc dövrünə aid Qazantəpə, Gorustəpə, Hüseynbəytəpə, Daşdəmirtəpə, Quştəpə və s.kurqanlar Hindarx kəndinin ərazisindədir.[3]


İstinadlar