Hasan Adıgüzel

Türkiyəli futbolçu

Hasan Adıgüzel (4 aprel 2000-ci ildə Manisada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Akhisar Bələdiyyəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur.[1]

Hasan Adıgüzel
Ümumi məlumatlar
Tam adıHasan Ali Adıgüzel
Doğum tarixi (24 yaş)
Doğum yeriManisa, Türkiyə
Vətəndaşlığı
MövqeyiYarımmüdafiəçi
Klub haqqında məlumat
KlubTürkiyə Akhisar Bələdiyyəspor
Nömrəsi16
Karyerası
Klub karyerası[* 1]
2017—h.hTürkiyə Akhisar Bələdiyyəspor2 (0)
Milli yığma[* 2]
2016—h.hTürkiyə Türkiyə U-179 (1)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Akhisar

Adıgüzel Akhisar akademiyası vasitəsilə inkişaf etmişdir. Adigüzel öz peşəkar karyerasında debütünü 21 yanvar 2017-ci ildə Kayserispor klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Kustodionu əvəz etmişdir. Həmin görüşdə Akhisar liqa görüşündə Kayserispor ilə 0-0 hesabı ilə bərabərə olmuşdur.[2]

Milli karyerası

2017-ci ildə Adigüzel Türkiyənin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Adigüzel İspaniya[3], Xorvatiya[4], İtaliya[5], Macarıstan[6]İngiltərə[7] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Karyera statistikası

Klub

26 May 2017 tarixində yenilənib[1]
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2Ümumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Akhisar2016–17Süper Liqa2000000020
Ümumi karyera2000000020

1UEFA Çempionlar Liqası görüşləri daxildir.

2Türkiyə Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər