Hakuşika Memorial Sake Muzeyi

Hakuşika Memorial Sake Muzeyi (白鹿記念酒造博物館?) və ya sadəcə Sake MuzeyiYaponiyanın Hyoqo prefekturasının Nişinomiya şəhərində yerləşən sake muzeyi. Yaponiyada açılmış ilk, eləcə də, yeganə sakesakura muzeyidir.[1]

Hakuşika Memorial Sake Muzeyi
Xəritə
Əsası qoyulub17 fevral 1982
Ölkə
YerləşirNişinomiya
34°43′40″ şm. e. 135°20′16″ ş. u.
sake-museum.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Muzeyin yerləşdiyi Nişinomiya şəhəri Edo dövründə sake sənayesinə görə məşhur olmuş, sake istehsalçıları şəhərin infrastrukturunun inkişafına kömək etmişdirlər. Regionun inkişafı sake sənayesi ilə bağlı olmuşdur.[1]

Muzeyin yaradılması barədə təklif 1980-ci ilin mayında təklif olunmuş, 17 fevral 1982-ci ildə muzey yaradılmışdır. 1884-cü ilin iyununda muzey Yoşida İsoya xüsusi mükafatına layiq görülmüşdür. 1995-ci ildə baş vermiş Böyük Hanşin zəlzələsi zamanı muzey zərər görmüş, Sakaruqa-kan binası məhv olmuşdur. Sakaruqa-kan 1998-ci ildə martında yenidən tikilmiş və istifadəyə verilmişdir.[1]

Xüsusiyyətlər

Muzeyin ümumi sahəsi 5069,75 m² təşkil edir. Muzey bir-birinin qarşısında dayanan iki binadan ibarətdir: Kinen-kan və Sakaqura-kan. Kinen-kan 3 əsas bölməyə ev sahibliyi edir: sake otağı, planlaşdırılmış sərgi otağı və Sasabe Sakura otağı. Sake otağında hər il iki dəfə sake ilə bağlı sərgi keçirilir. Sasabe Sakura otağında Yaponiyada sakura ağacları ilə bağlı ən böyük kolleksiyalardan biri saxlanılır.[2]

Sakaruqa-kan 1869-cu ildə tikilmiş Tatsuuma-Honke sake zavodunun binasını əhatə edir. Burada sakenin hazırlanma prosesi nümayiş etdirilir, Amida-quruma kimi sake hazırlama alətləri sərgilənir,[3] sake mahnıları səsləndirilir. Binada 1995-ci ildə baş vermiş Böyük Hanşin zəlzələsinə həsr olunmuş "Zəlzələ xatirələri" otağı da yerləşir.[2]

Muzeyin kolleksiyasına daxil olan 517 sake hazırlama aləti, eləcə də, sake üçün nəzərdə tutulmuş 167 çəllək və çən Hyoqo prefekturası tərəfindən maddi xalq mədəniyyət mülkü elan olunmuşdur.[1]

Qalereya

İstinadlar

Xarici keçidlər