Habsburqlar

Habsburqlar sülaləsiAvropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə hollanditalyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallarimperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi.

Habsburqlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XIIXIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi.

Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi. 29 iyul 1617 tarixində bağlanan Onate müqaviləsi ilə hər iki tərəfin ailə üzərindəki haqları bərabərləşdi.

XVIII əsrdə ailənin varisi olmadığına görə, sülalə tükəndi. Ailənin böyük İspaniya qolu 1700-cü ildə II Karlın ölümü ilə sona çatdı və hakimiyyətə Burbonlar gətirildi. Avstriya qolunun oğul şəcərəsi isə 1740-cı ildə VI Karlın vəfatı ilə tükənmiş, onun böyük qızı Mariya Terezanın 1780-ci ildə vəfatı ilə isə nəsil tamamilə qurumuşdur. Müqəddəs Roma imperiyasının taxtına isə Lorreyn ailəsi gətirilsə də, tarixçilərin yanlış adlandırması ilə 1918-ci ilə qədər davam edən bu imperiya Habsburq imperiyası olaraq qalmışdır.

Siyasi rolu

Aşağıdakı siyasi qurumların hakimiyyətində olmuşdur:

Sülalənin tarixi

Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən rast gəlindiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.

Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu, lakin müstəmləkə siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.

XIV–XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı. 1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519-cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.

V Karl adını almış bu imperatoru "günəş kral" adlandırırdılar. XIX əsrin ortalarından etibarən məlum oldu ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərinin illik gəliri İspaniyanın tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin verdiyi gəlirə bərabər gəlir verirdi. Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və tacirlərinin böyük rolu olmuşdur. Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan Habsburqları ilə qadın xəttilə qohum idi.

Müqəddəs Roma imperiyasının Habsburqlardan olan kralları

#Şəkilİmperatorun adıKralİmperatorHakimiyyətinin sonuMöhrüQeydlər
18.
III. Fredrix2 fevral 144016 mart 145219 avqust 1493
19.
I. Maximilian16 fevral 14864 fevral 150812 yanvar 1519
III. Fredrix'in oğlu
20.
V. Karl28 iyun 151924 fevral 153021 sentyabr 1556
I. Maximilianın nəvəsi
21.
I. Ferdinand5 yanvar 153114 mart 155825 iyul 1564
I. Maximilianın nəvəsi
22.
II. Maximilian22 noyabr 156225 iyul 156412 oktyabr 1576
I. Ferdinandın oğlu
23.
II. Rudolf27 oktyabr 15752 noyabr 157620 yanvar 1612
II. Maximilianın oğlu
24.
Matvey13 iyun 161213 iyun 161220 mart 1619
II. Maximilianın oğlu
25.
II. Ferdinand28 avqust 161820 mart 161915 fevral 1637
I. Ferdinandın nəvəsi
26.
III. Ferdinand22 dekabr 163615 fevral 16372 aprel 1657
II. Ferdinandın oğlu
27.
I. Leopold18 iyul 165818 iyul 16585 may 1705
III. Ferdinandın oğlu
28.
I. YozefI. Leopoldın oğlu
29.
VI. Karl27 oktyabr 171127 oktyabr 171120 oktyabr 1740
I. Leopoldın oğlu

Sülalənin soyağacı

Sülalənin nümayəndələri

Həmçinin bax

İstinadlar

Xarici keçidlər