Hədis Nəcəfinin ölümü

Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda güllələnmiş azərbaycanlı qadın.

Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı[1][2][3] Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi[4][5][6].

Hədis Nəcəfinin öldürülməsi
Tarix21 sentyabr 2022
YeriKərəc, İran İran
Səbəbigüllələnib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub[7]. Anası və atası Miyanədən olan azərbaycanlılardır.[8][9] Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb[10]

Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib[7].

Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb[11][12][13].

Ölümü

21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında[14] iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib[1][15] 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib[4][16].

Reaksiyalar

Xatirəsi

2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər[17][18]. Fləşmobun sonunda Hədis Nəcəfi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb[19].

2023-cü ildə "ANİMAFİLM" studiyası tərəfindən Hədis Nəcəfi haqqında "Hədis" animasiya filmi çəkilib[20][21]. Film həm də İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub[22].

İstinadlar