Gorus

Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur.[2]

Gorus
39°30′40″ şm. e. 46°20′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1870
İlk məlumat995
Sahəsi
  • 36 km²
Mərkəzin hündürlüyü1.370 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.591 nəf. (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+374 (284)
Poçt indeksi3201–3205
Nəqliyyat kodu52
Digər
goriscity.am
Xəritəni göstər/gizlə
Gorus xəritədə
Gorus
Gorus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir[3]. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir[4].

Toponim gorus (qoros, xoros) türk etnonimi[5] əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir.

İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub.

Coğrafiyası

Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir. Şəhər Gorus çayı sahilində, dəniz səviyyəsindən 1385 m yüksəklikdə yerləşir.

Əhalisi

Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[6]. Gorus şəhərində yaşayan azərbaycanlılar 1940-cı illərdə tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Qardaş şəhərləri

İstinadlar

Həmçinin bax

Qafan-Gorus yolu
Xınzırək kəndi yaxınlığında süni mağaralar