Gizli Silahlı Təşkilat

Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması.

Gizli Silahlı Təşkilat
fr. Organisation Armée Secrète
Loqonun şəkli
İdeologiyasıFransız müstəmləkəçiliyi
Fransa milliyətçiliyi
Lider(lər)Raul Salan, Edmon Ju, İv Qodar, Jan-Jak Susini, Jan-Klod Peres
Üzv sayı3,000 üzv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir.[1]

İstinadlar

Əlavə ədəbiyyat

  • Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989  (ing.).
  • Henissart, Paul. Wolves in the City: The Death of French Algeria. New York: Simon & Schuster, 1970.
  • Horne, Alistair, A Savage War of Peace:Algeria 1954–1962, New York: New York Review Books, 1977
  • Robin, Marie-Monique. Escadrons de la mort, l'école française. Collection: Cahiers libres (fransız). La Découverte. 15 September 2004. ISBN 2707141631. translation (ispan).