Gamezebo

"Gamezebo" — ABŞ videooyun veb saytı. Saytın məzmunu mobil oyun sənayesinə həsr olunmuşdur.

Gamezebo
Loqonun şəkli
URLgamezebo.com
Dilləriingilis dili
Açılma tarixi2006
Alexa reytinqi
  • 72.643 (30 noyabr 2017)[1]

Tarixi

"Gamezebo" 2006-cı ildə "Yahoo! Games"də biznesin inkişafı departamentinin keçmiş rəhbəri Coel Brodi tərəfindən təsis ediilmişdir. 2010-cu ildə "The New York Times"a görə, sayt ayda 3,5 milyon səhifə baxışı qazanırdı.[2] 2016-cı ilin mart ayında sayt "iWin" tərəfindən satın alınmışdır.[3]

Mükafatlar

"Gamezebo" 2008-ci ildə "Videooyunlarla əlaqəli ən yaxşı veb sayt" kateqoriyasında "Webby Awards" mükafatına namizəd olmuşdur.[4]

İstinadlar

Xarici keçidlər