GameFAQs

"GameFAQs" — videooyunlar ilə bağlı tez-tez verilən suallara cavabları, həmçinin təlimatlar, məsləhətlər və digər məlumatları dərc edən internet portalı.[2]

GameFAQs
Loqonun şəkli
URLgamefaqs.gamespot.com
Dilləriingilis dili
Açılma tarixi1995
Alexa reytinqi
  • 390 (28 noyabr 2017)[1]

Tarixi

"GameFAQs" 1995-ci ildə proqramçı Ceff Vizey[3] tərəfindən yaradılmışdır, lakin 2003-cü ilin mayında "CBS Corporation" tərəfindən satın alınmış və hazırda onların törəmə şirkəti "CBS Interactive" tərəfindən idarə olunur. Sonradan portal böyük uğur qazanmış və istənilən ziyarətçi tərəfindən redaktə edilə bilmək funksiyasına görə məzmunu xeyli artmışdır. Saytda təqdim olunan məlumatlar ilkin 8 bitlik "Atari" konsollarından tutmuş indiki generasiya və kompüter videooyunlarını, konsollarını əhatə edir. Bütün dəyişikliklər baş redaktor Allen "SBAllen" Tiner tərəfindən izlənilir və idarə olunur.

"GameFAQs" haqqında müsbət rəylər "The Guardian"[4][5][6] və "Entertainment Weekly"[7] kimi nəşrlərdə dəfələrlə dərc edilmişdir. "Alexa Internet" şirkətinin 2009-cu ildəki statistikasına uyğun olaraq, portal dünyada ən çox ziyarət edilən üç yüz ingilisdilli saytın siyahısına daxil edilmişdir.[8]

İstinadlar

Xarici keçidlər