Gəbit Əxmərov

Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 192111 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqurdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu.[1]

Gəbit Əxmərov
Şəxsi məlumatlar
Doğum tarixi24 fevral 1921(1921-02-24)
Vəfat tarixi11 aprel 1996(1996-04-11) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiSovet Sosialist Respublikaları İttifaqı
RütbəsiBaş çavuş
Döyüşlər
TəltifləriSovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "İgidliyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant.

Həyatı

24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı.

O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.[2]

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 fevral 1944-cü il tarixli fərmanı əsasında qvardiyanın baş çavuşu Gəbit Abdulloviç oğlu Əxmərova Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 3024) verilməklə o, Sovet İttifaqı Qəhrəmanı elan olundu.[2]

1945-ci ildə G. A. Axmerov Tambov süvari məktəbini bitirdi. 1945-ci ilin noyabr ayından leytenant Axmerov ehtiyatda qalan leytenant oldu. Fyodorovski rayonunda Daxili İşlər Nazirliyinin regional şöbəsinin rayon müfəttişi, Puşkin adına "Salavat" kolxozlarının sədri, "Puqaçevski" sovxozunda yerləşən Bala-Çetırman kənd sovetinin sədri.

11 aprel 1996-cı ildə vəfat etdi.

Mükafatları

Xatirəsi

  • Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində dəfn olunmuşdur.
  • G.A. Axmerovun adı 12-ci (16-cı qvardiya) Başqırd Süvari Diviziyasının qalan 78 Sovet İttifaqı Qəhrəmanlarının adı ilə yanaşı Başqırdıstan Respublikasının Milli Muzeyi (Ufa, Sovetskaya küçəsi, 14) və 112-ci (16-cı qvardiya) Başqırd Süvari Diviziyasının Muzeyində qızıl hərflərlə həkk olunub.

İstinadlar

Ədəbiyyat

  • Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87-95382.

Xarici keçidlər